1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell “Bax nələr mümkündür” yeni şüarını ictimaiyyətə təqdim etdi
13.01.2017

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə “Bax nələr mümkündür” şüarı ilə yeni mövqeləndirmə strategiyasına keçdiyini elan edir.

“Bakcell təsis olunduğu gündən özünü qiymət və keyfiyyət nisbətinə önəm verən bir operator kimi təqdim edib. Müştərilərimizin ehtiyac və gözləntilərinin daim diqqət mərkəzində saxlanması bizi “Bakcell”in özünü ictimaiyyətə təqdimatını dəyişərək, onu daha fərqli və unikal etməyə ilhamlandırır. Zaman sürətlə dəyişir və dövrümüzün bütün çağırışlarına cavab vermək üçün biz zamanın nəbzini tutmalıyıq. Bu gün telekommunikasiya sahəsi daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəlib. Bu sahədə tərəqqi çox sürətlə gedir və texnoloji şirkət olaraq, biz müştərilərimizin bazarda mövcud olan ən yaxşı və təhlükəsiz həllərdən faydalanmalarına kömək edirik. Bakcell təkcə texnologiya, təkliflər, danışıq dəqiqələri və meqabaytlar deyil, həmçinin insanların həyatında etdiyi müsbət dəyişikliklərdir. Kommunikasiya dövrü düşündüklərimizdən daha artıqdır: o, bir çox müxtəlif imkanlar yaradır və bizim məqsədimiz insanların bu cür imkanlardan istifadə edə bilməsini asanlaşdırmaqdır. Beləliklə, “Bakcell”in yeni mövqeləndirmə strategiyasının məqsədi insanların həyatına daha çox fayda gətirmək, habelə kommunikasiya dövrünün təklif etdiyi müxtəlif imkanların müştərilərimiz tərəfindən mənimsənilməsini təmin etməkdir. Yeni “Bax nələr mümkündür” fəlsəfəsini rəhbər tutaraq, Bakcell şirkəti öz təkliflərini, innovasiyaları, xidmət və məhsullarını elə bir tərzdə təqdim etməyə çalışacaqdır ki, onlar insanların gündəlik həyatını, işini və asudə vaxtlarını ən müasir texnoloji yeniliklərlə əhatə etsin. Bu yeni mövqeləndirmədə əsas məqsəd telekommunikasiya sahəsində “Bakcell”i digər rəqiblərdən aydın şəkildə fərqləndirmək, müştəriyönümlü olmaq və onların gözləntilərinə cavab verməkdir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib. 

Telekommunikasiya sahəsinin getdikcə daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəldiyini nəzərə alaraq, Bakcell sadəcə çalışacaqdır ki, onun müştəriləri öz telefonları, bağlantıları, internet və sürətləri ilə edə biləcəkləri inanılmaz şeyləri görə bilsinlər.

“Bax nələr mümkündür” “Bakcell”in gündəlik fəaliyyətinin əsas istiqaməti olacaq və müştərilərin müsbət dəyişikliklərə və innovasiyalara olan ehtiyacını ünvanlayacaqdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment