|
|
|
Valyuta birjası | | | BEST sistemində ticarətin yekunları (15.09.2012) |
17.09.2012 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində sentyabrın 15-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7846 AZN-ə bərabər olmuşdur.
Birjanın elektron hərraclar sistemində (Bourse E-system of trades-BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,7846 AZN olmuşdur. USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməz qalmışdır.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün dəyişməz qalmışdır.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır.
Qeyd etmək lazımdır ki, USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqd bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə banklar BEHS-ə sifariş verməmişlər.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə sifarişlər verilmiş, lakin bu alətlər üzrə əqd bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,21 faiz, ABŞ dolları üzrə isə 12,75 faiz təşkil etmişdir.
Sentyabrın 15-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.
|
|
|
|