1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bayram günlərində “Şahdağ” Turizm Mərkəzində rekord sayda turist!
06.01.2017

Baki, FinanceTime.  “Şahdağ” Turizm Mərkəzində keçirilən bu ilki Yeni İl şənlikləri əsl qış nağılını xatırladaraq, qonaqlarda unudulmaz təəssüratlar yaratmışdır. Bayram günlərində qonaqların istirahəti ən yüksək səviyyədə təşkil edilmiş, təntənəli yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, ardınca sübhün erkən çağlarınadək davam edən musiqi ziyafəti turistlərin zövqünü oxşamışdır.

“Şahdağ” Turizm Mərkəzində Yeni İl bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində 4 yanvar 2017-ci il tarixində Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında hazırlanan teatr tamaşası səhnəyə qoyulmuşdur. Əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak etmişdir, tamaşada cəmiyyətimizin müasir problemlərinə toxunulmuş, əxlaqi-tərbiyəvi mesajlar verilmişdir. Dramatik komediya janrında olan tamaşa turistlərin xeyli marağına səbəb olmuş, aktyorların çıxışları alqışlarla müşaiyət olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə daim diqqət ayrılır.  Belə ki, ötən mövsümlərdə də qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan etmək məqsədilə Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” kimi klassik əsərləri səhnələşdirilmişdir.

Qeyd edək ki, bu mövsüm turizm mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində turistlərin rekord sayı ilə yadda qalmışdır. Belə ki, bayram günləri ərfəsində 20000-dən çox turist qəbul edən mərkəzdə təkcə 2 yanvar tarixi üçün 6000 nəfərdən çox turist qeydə alınmışdır. Ümumilikdə, qış mövsümü açılandan – 15 dekabr tarixindən bu günədək Şahdağı ziyarət edənlərin sayı 35000 nəfərdən çox olmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment