Baki, FinanceTime. 05 yanvar 2017-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100153S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 5 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,507,500.00AZN təşkil etmişdir.
Sifarişlər 98.9200 AZN (14.5572%) və 98.9400 AZN (14.2847%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9200 AZN (14.5572%), orta ölçülmüş qiyməti –98.9316 AZN (14.3991%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.01.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 3,507,500.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi01.02.2017-cı ildir.