1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mədəniyyət.AZ” jurnalının yeni sayı
05.01.2017

Baki, FinanceTime.  “Mədəniyyət.AZ” jurnalının növbəti sayı yenə də rəngarəng və maraqlı yazılarla dəyərli oxucuların görüşünə gəlib. Dərgi həmişəki kimi, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi həyatını əks etdirən məlumatlar və Prezident sərəncamı ilə açılır.

Suveren dövlətimizin şanlı atributları - Konstitusiya və Bayraq günlərinə həsr olunmuş “Müstəqil dövlətin hüquqi bazası” və “Üçrəngli bayrağınla məsud yaşa!” məqalələri “Tarix” bölümündə yer alıb. “Azərbaycan Bayrağı” şeiri isə səhifənin bədii yükünü xeyli artırır.

Ədəbiyyat, söz xiridarlarından ötrü bu sayımızda da kifayət qədər material var. Unudulmaz şairimiz Səməd Vurğunun həyat və fəaliyyətini canlandıran “Əsərlər və övladlar yadigar qoyan şair”, əvvəli ötən sayımızda işıq üzü görmüş “Turan Cavidin son söhbəti”, vaxtilə balacalar üçün “Əlifba”dan sonra ikinci dərslik sayılan “Göyərçin” dərgisinin baş redaktoru, məşhur şair Tofiq Mahmud haqqındakı “Uşaq dünyasının yorulmaz səyyahı” bu qəbildəndir.

Jurnalın bu dəfəki sayının “Teatr” bölümünün əsas məqaləsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə uğurla baş tutan IV Beynəlxalq Teatr Konfransının işinin hərtərəfli işıqlandırılmasına həsr edilib.

“Ramiz Fətəliyev – 70, yaxud yaxşı ssenari müəllifinin azərbaycanlı olmasının “qəribəliyi” yubileyi və “Şöhrət” ordeni ilə təltifatı münasibətilə görkəmli kino xadimimizlə geniş müsahibədir. Tanınmış ssenarist ömrünün yetmişinci dolayından geri boylanaraq xatirələrini, kino sənəti haqqındakı düşüncələrini bölüşür...

Bütün bunlardan başqa “Rəngkarlıq”da rəssam Namiq Məmmədovun “xoşbəxtlik formulu”, “Abidələrimiz”də İtaliyada reallaşdırılan arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası, “Ənənə”də Göyçayda keçirilən Nar bayramı və digər qeydlərlə də tanış ola bilərsiz.

“Bakı turistlərin gözü ilə” yazısında isə son vaxtlar gündən-günə inkişaf edən, lakin bununla yanaşı, qədimliyini, milli koloritini də qoruyub saxlamağı bacaran paytaxtımızın dünyanın nəzərini cəlb edən məkanları barədə danışılır.

“Elm” bölümündə isə gənc alimlərin, tədqiqatçıların müxtəlif mövzulu məqalələri, araşdırmaları öz əksini tapıb.

İnanırıq ki, “Mədəniyyət,AZ” jurnalının bu sayı da diqqətli və tələbkar oxucuların böyük sevgisi ilə qarşılanacaq və stolüstü oxu vasitəsinə çevriləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment