1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Nizami Kino Mərkəzində "Naxox" filminin qala-gecəsi keçirildi
30.12.2016

Tədbir məhşurların, medianın və blogerlərin iştirakı ilə həyata keçirilib.

Filmin baş prodüseri Orxan Mərdan qeyd edib ki, film müasir kinomuzun həm gülüş, həm də keyfiyyət baxımından öndə gedənlərindən olacaq.

Komediya Film Distribution International-ın dəstəyi ilə çəkilib. 29 dekabrdan film ölkənin bütün kinoteatrlarında yayımlanacaq. Aktyorlar (baş rollarda): Elməddin Cəfərov, Fərda Amin, Ağaxan Salmanlı, Abbas Qəhrəmanov, Fidan Axundova, Rüfət Nəzərli, Nigar İbrahimova

Sinopsis: Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyə qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki-dünya olaraq yaşayır. Beləliklə, Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Sözdinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək. Məhz buna görə bizim iki qorxaq qəhrəmanımız vəziyyətdən çıxış yolunu Ağsaqqalın ruhunu çağırmaqda görürlər. Gözlənilmədən ruh gəlir. Rəftar və Qəhrəman bir tərəfdə Ağsaqqalın cəsədi, bir tərəfdə də onun ruhu ilə baş-başa qalırlar. Beləliklə, gülməli hadisələr başlayır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment