1 USD 1.7008   1 EUR 2.0342   1 AED 0.4630   1 ARS 0.0985   1 AUD 1.3477   1 BRL 0.5420   1 BYN 0.8774   1 CAD 1.3813   1 CHF 1.7578   100 CLP 0.2723   1 CNY 0.2580   1 CZK 0.0780   1 DKK 0.2733   1 EGP 0.0963   1 GBP 2.3097   1 GEL 0.6864   1 HKD 0.2178   100 IDR 0.0127   1 ILS 0.4849   1 INR 0.0261   100 IRR 0.0046   100 JPY 1.5211   1 KGS 0.0247   100 KRW 0.1495   1 KWD 5.6438   1 KZT 0.0050   100 LBP 0.1128   1 MDL 0.0964   1 MXN 0.0951   1 MYR 0.4051   1 NOK 0.2181   1 NZD 1.2390   1 PLN 0.4761   1 RUB 0.0294   1 SAR 0.4535   1 SDR 2.4132   1 SEK 0.2135   1 SGD 1.2609   1 TJS 0.1933   1 TMT 0.4865   1 TRY 0.4864   1 TWD 0.0563   1 UAH 0.0650   100 UZS 0.0211   1 XAG 29.0020   1 XAU 2197.6038   1 XPD 1557.9327   1 XPT 1586.8464   1 ZAR 0.1282   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Dünya xəbərləri


“Mastercard” süni intellekt vasitəsilə kiberfırıldaqçılara qarşı mübarizə aparacaq
29.12.2016

“DecisionIntelligence™” həllisüni intellekt texnologiyası vasitəsilə tranzaksiyaların həqiqiliyinintəsdiqi prosesinitəkmilləşdirir və müştərilərin alış-veriş təcrübəsinin yaxşılaşdırılmasını təmin edir.   

Baki, FinanceTime.  “Mastercard” şirkəti qlobal şəbəkəsində “Decision İntelligence” texnologiyasını təqdim edib.  Sözügedən texnologiya qərarvermə prosesini idarə edən və fırıldaqçılıq hallarını aşkarlayan kompleks xidmətdir. Yeni həll süni intellekt texnologiyasından istifadə etməklə maliyyə institutlarına real vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqini sürətləndirməyə və yanlış imtinaları azaltmağa imkan yaradır.

Qeyd edək ki, bu, “Mastercard”ın birbaşa olaraq öz qlobal şəbəkəsində süni intellekt texnologiyasının ilk tətbiqi hesab olunur.

Hazırda istifadə olunan qərarların qiymətləndirilməsi texnologiyalarıəsasən öncədən müəyyən edilmiş qaydalar çərçivəsində risk dəyərləndirilməsini həyata keçirir.  “Decision Intelligence” həlli özü ilə birgə geniş imkanlar təklif edən yeni radikal yanaşmanı ərsəyə gətirir. O, hər bir əməliyyatın analizi, qiymətləndirilməsi və öyrənilməsini daha geniş həyata keçirməyə imkan verir. Kart emitentləri yeni texnologiya vasitəsilə əldə edilmiş nəticələri hər növbəti əməliyyatlara tətbiq edə bilirlər.

“Biz ödəniş zamanı istehlakçının üzləşdiyi əsas çətinliklərdən olan yanlış imtinalar probleminihəll edirik. Qlobal şəbəkəmizdə süni intellekt texnologiyasından istifadə edərək biz maliyyə qurumlarına və digər tərəfdaşlaraəməliyyatların təsdiqi göstəricilərini yaxşılaşdırmağa və müvafiq olaraq alıcı təcrübəsini inkişaf etdirməyə yardım göstəririk”, -deyə “Mastercard” şirkətinin Risklər və müəssisələrin təhlükəsizliyi üzrə prezidenti Acay Balla bildirib.

Bir sıratexnologiyalar əsasında yaradılmış “Decision Intelligence” sistemi mürəkkəb alqoritmlərdən istifadə edərək intellektual analiz sayəsində köhnə problemin həlli üçün yeni üsul təqdim etməklə banklara proqnozlaşdırılmış qiymət verməyə imkan yaradır. Bundan sonra banklar əldə edilmiş məlumatı fırıldaqçılıqla mübarizə sistemlərinə inteqrasiya edə bilərlər.

“Decision Intelligence” xidmətinin əsaslandığı smart-texnologiyalar hər istifadəçinin hesab üzrə alış-veriş davranışlarını uzun müddət öyrənərək normadan kənar davranışlarıdərhal aşkar edir. Belə ki, onlar hesabdan ödənişlər üzrə müştərilərin dəyər seqmentasiyası, risk xərcləri, lokasiya, satıcı, ödəniş qurğusunun məlumatları, zaman və alış-verişin növü barədə məlumatlardan istifadə edirlər.

Son bir neçə il ərzində ödəniş sektoru böyük səylə ödənişlərin mühafizəsinə və fırıldaqçılığa qarşı mübarizəyə fokuslanıb, buna görə də əməliyyatların həqiqiliyinin yoxlanması və fırıldaqçılıq hallarının idarəedilməsi arasında düzgün balansın qorunması böyük əhəmiyyət daşıyır.

Təkcə ABŞ-da əməliyyatlar zamanı yanlış imtinaların dəyəri kartlarla fırıldaqçılıq halları nəticəsində əmələ gələn itkilərin ümumi məbləğindən 13 dəfə çoxdur. Tranzaksiyaların qiymətləndirilməsində süni intellektdən istifadə problemlərin həlli istiqamətində yeni bir addımdır.

“Mastercard” şəbəkəsində əsas komponent olaraq süni intellektdən istifadə hər əməliyyatın fırıldaqçılığa məruzqalmariskini daha dəqiq qiymətləndirmək imkanı yaradır. Bu yeni imkanlarreal vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqi prosesini sürətləndirəcək və yanlış imtinaları azaldacaq. Əldə edilmiş məlumat sayəsində yanacaq doldurma məntəqələri və ya ATM-lər kimi xüsusi sahələr potensial risklərə daha çevik reaksiya verə və bununla da geri qaytarılan ödəniş kimi əməliyyat xərclərini azalda bilərlər.

 





13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

21.10.2014
Orxan Məmmədov
"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədr Müavini

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.10.2014
Rəşad Rəsullu
"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini




Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment