1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bağlanan 10 bankın əmanətçilərinə 721 mln. manat kompensasiya ödənilib
29.12.2016

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 916 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 459 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 22 min manat (ümumi kompensasiya öhdəliyinin 96%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 167 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 243 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 123 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 247 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 433 mln. 840 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 721,497 mln. manatdan artıq kompensasiya ödənilib.

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment