1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mannequin Challenge” Azərbaycanda ilk dəfə olaraq biznes tədbirin bir hissəsi oldu
27.12.2016

Baki, FinanceTime. Son zamanlar dünyada yeni bir cərəyana çevrilmiş “Mannequin Challenge” ilk dəfə olaraq Azərbaycanda biznes tədbirinin bir parçası oldu və 100-dən çox marketinq mütəxəssisinə sözügedən viral internet cərəyanında iştirak etmək imkanıyaratdı.Tədbirlərdə daim innovativ və maraqlı yanaşması ilə seçilən “Microsoft Azerbaijan” şirkəti isə ölkədə biznes tədbirdə bu cür fleşmob təşkil edən ilk İT-şirkət kimi tarixə düşdü.

Ötən həftə“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı, həmçinin “Facemark.az” marketinq portalı və “Digital Air” təlim mərkəzinin dəstəyi ilə Bakıda marketinq mütəxəssisləri üçün “Rəqəmsal hesablamalar dövründə internet-marketinq” mövzusunda seminar keçirilib.Tədbir iştirakçılarına qəhvə fasiləsində vaxtlarını daha maraqlı və yaddaqalan keçirə bilmələri üçün “Mannequin Challenge” cərəyanına qoşulmaq təklif edilib və bu ideya daim yeniliyə açıq olan marketoloqlar tərəfindən müsbət qarşılanıb.

Məlumat üçün bildirək ki, dünyada viral internet trendinə çevrilmiş “Mannequin Challenge”in əsas şərti kamera məkan boyu hərəkət edərkən iştirakçıların “donmuş” vəziyyətdə maneken kimi dayanmasıdır. Adətən arxa fonda Rae Sremmudun “Black Beatles” mahnısı ilə müşayiət edilən bu cərəyan ilk dəfə 2016-cı ilin oktyabr ayında Floridada məktəblilər tərəfindən başladılıb. Sözügedən fleşmoba dünyanın tanınmış siyasətşiləri, idmançıları, şoumenləri və s. qoşulublar. Sosial şəbəkələrdə #MannequinChallenge xeştəqi ilə axtarış etməklə maraqlı nümunələrlə tanış olmaq mümkündür.

“Microsoft”un marketoloqlar üçün keçirdiyi seminar çərçivəsində təşkil olunmuş fleşmobun videosu ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://youtu.be/h-4C0Nk8aaU


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment