1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Bakı Fond Birjası” QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir
23.12.2016

Baki, FinanceTime. 23 dekabr 2016-cı il tarixdə Bakı Fond Birjası QSC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir.

Ümumi yığıncaqda Fariz Əzizovun digər işə keçməsi ilə əlaqədər müraciətinə əsasən o “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti sədri vəzifəsindən azad olunmuş və “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifələrinin icraçısı BFB-nin İdarə Heyətinin sədr müavini Vüqar Faiq oğlu Namazov təyin olunmuşdur.

Vüqar Namazov əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Fond Birjası” QSC-də başlamış və birjada ticarətin təşkili, ticarət platformaları, listinq, depozitar,  klirinq və hesablaşmalar, strateji planlama və idarəetmə sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 2006-cı ildə BFB-nin Ticarət Departamentinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə BFB-nin İdarə Heyətinin üzvü seçilmişdir və Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildə BFB-nin İdarə Heyətinin sədr müavini, Əməliyyat və İnformasiya texnologiyaları üzrə direktor vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 2 övladı var.

Tədbir zamanı həmçinin növbəti 2 il müddətinə “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının üzvləri və sədri seçilmişdir. Belə ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə Departamentinin direktoru Sarvan Mikayılov, “Unibank” ASC-də Risklərin İdarə edilməsi üzrə direktor, İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışan Asəf Hüseynov və “Borsa İstanbul A.Ş”-nin İdarə Heyəti sədrinin baş məsləhətçisi Serkan Karabacak Müşahidə Şurasının yeni üzvləri olaraq seçilmişlər. Səhmdarların qərarına əsasən Fariz Əzizov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni sədri seçilmişdir. Ümumilikdə, BFB-nin Müşahidə Şurasının 7 üzvü vardır.

Yığıncaq zamanı “Bakı Fond Birjası” QSC-nin 2017-ci il üzrə büdcəsi müzakirəsi olunmuş və təsdiq edilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment