1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Rəqabətə dözümlü, yüksək texnologiyalı istehsal valyuta gətirə bilər
23.12.2016

Baki, FinanceTime23 dekabr 2016-cı il tarixdə  İqtisadi Tədqiqatlar Mərkəzi , Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatı dəstəyi ilə  “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində "Sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması yolları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə idxal-ixrac əməliyyatları aparan sahibkarlar,o cümlədən  ictimai təşkilatların, audit və konsaltinq şirkətlərinin, digər təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi əvəzi Faiq Səmədov son vaxtlar ölkədə həyata keçirilən islahatlardan və özəl sektora göstərilən dövlət qayğısından söhbət açdı. Bildirdi ki, bu yaxınlarda təsdiqlənən yol xəritəsi qeyri neft sektorunun inkişafına xüsusi təkan verəcəkdir. F.Səmədov azexport.az saytının istifadəyə verilməsini yüksək qiymətləndirərək, ixrac potensialının artırılması istiqamətində ciddi dönüş olacağını qeyd edib.

İqtisadçı  ekspert Qubad İbadoğlu çıxışında  sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması istiqamətində görülən işlərdən söhbət açdı. Qubad İbadoğlu  qeyd etdi ki, sahibkarlıq subyekti olaraq hər bir müəssisə mövcud olan problemləri aşkara çıxartmaq, nəinki ölkədə, o cümlədən xarici bazarlara çıxış imkanlarını araşdırmaq potensialına malik olmalıdır. Xarici bazarlara çıxmaq istiqamətində əsas prioritetləri sadalayan ekspert bazarın oyunçularını və siyasətini əvvəlcədən öyrənməyin vacibliyinə diqqəti çəkdi.Bildirdi ki,hal-hazırda ölkədən valyuta axını müşahidə olunur.Bunun üçün innovativ məsələlərdə çalışmaq lazımdır ki, kapital cəlb etməklə şirkətlər inkişaf etsin. Valyutanı qazanmaq üçün isə rəqabətə dözümlü, yüksək texnologiyalı, innovativ mal və xidmət istehsal etmək lazımdır.

Tədbir məruzə ətrafında müzakirələrlə davam etdirilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment