1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Excelsior Hotel & Spa Baku" otelində Baku Fashion Nights layihəsinin nümayişi keçirildi
23.12.2016

Baki, FinanceTime.  "Excelsior Hotel & Spa Baku"  otelində Baku Fashion Nightsmoda layihəsinin  nümayişi keçirildi. Tədbir  çərçivəsində  Azərbaycan dizaynerlərinin Yeni il qabağı  Fashion Bazaar  yarmarkası keçirildi.  Baku Fashion Nights tədbiri  2014-cü ildən başlayaraq ildə iki dəfə  keçirilir və Azərbaycan dizaynerlərini birləşdirən, həmçinin ölkənin moda sənaesində yeni adları  tanıdan böyük layihədir.

Tədbir  çərçivəsində  Yeni il qabağı Fashion Bazaar satış yarmarkası  keçirildi,  yarmarkada qonaqlar özlərinə Azərbaycan dizaynerlərindən geyim, aksesuar və bəzək əşyaları əldə edə bildilər.  Yarmarkada geyim və aksesuarların seçimi kifayət qədər müxtəlif idi, burada müəllif geyimlərindən əlavə,  əl işi olan Venesiya maskaları,  əl çantaları,  gümüş və dağ büllurundan  hazırlanmış bəzək əşyaları, keramika məhsulları və təbii kosmetika təqdim olunub.

Tədbir Yeni il qabağı əhval ruhiyyəsində keçirildi və qonaqlara maraqlı  proqram təqdim olundu.  Nümayiş dizayner Gulum Əsədullayevin"Somnia" adlı kolleksiyası ilə açıldı. Sonra Yekatirina Eren və Liana Allahverdiyevanın birgə "Fashion lab" adlı kolleksiyalarının nümayişi oldu. 

Dizayner Nətgiz Muxtarova  “NRGZ” marka adı altında "Ornamento" adlı geyim  kolleksiyasını təqdim etdi. Renara  Şəmsiyeva  cins parçadan hazırlanmış geyimlərdən ibarət "Seminollar" adlı kolleksiyanı nümayiş etdirdi. Sonra modelyer-dizayner Əminə Cəfər   "Şah" adlı  kolleksiyanı təqdim etdi. Həmçinin,  dizayner Elnarə Mirsəlimova əl işləri olan bəzək və aksesuarları təqdim etdi.   Öz növbəsində, Oksana Barxatova  Azərbaycan Fashion Week-də  böyük uğur  qazanan kolleksiyasını nümayiş  etdi.   Moda nümayişi axşamı  Əməkdar İncəsənət Xadimi, Azərbaycanın modelyer-dizayneri Fəxriyyə Xələfovanın "Cazibədar rənglər" kolleksiyası ilə başa çatdı.Dəb tədbirinin təşkilatçıları FMS Models model agentliyi, “Baku Fashion Night” təşkilatı,  xanım Lyubov Qutorova-Poyraz və “Excelsior  Hotel & Spa Baku”  oteli oldu.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment