1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky World of Tanks Edition” əfsanəvi oyunun istifadəçilərini mühafizə edəcək
23.12.2016

Baki, FinanceTime.  “Kaspersky Lab” və “Wargaming” şirkətləri“World of Tanks” oyunçularının internettəhlükəsizliyini artırmaq üçün birgə təşəbbüsləçıxış ediblər. Sözügedən şirkətlər əfsanəvi oyunun motivləri əsasında unikal dizayna malik “Kaspersky World of Tanks Edition”məhsulunu təqdim ediblər. Kifayət qədər tanınmış “Kaspersky Internet Security” bazası üzərində qurulmuş bu kompleks həll oyunçulara kompüterlərini kiberhücumlardan qorumaqla yanaşı, onlarda oyun hesablarının qırılması və bank hesabından pul oğurluqları haqqında aydın təsəvvür yaradır.

“Kaspersky Lab” gündəlik olaraq bir hissəsi də oyunçulara yönəlmiş 300 mindən çox yeni zərərli fayllar aşkarlayır. Onlayn oyunlardan və bankinq sistemindən şifrələri daşıyan şəxsi məlumatlar risk altındadırlar. Cinayətkarlar personajları və oyun dəyərlərini oğurlamağa cəhd edir və daha sonra bu virtual artifaktları həqiqi pul müqabilində satmağa və hətta bank hesablarından pul oğurlamağa da cəhd edirlər. Belə ki, 2016-cı ildə bütün dünya üzrə 180 mindən çox qurğu onlayn oyunlarda hesabların oğurlanmasına fokuslanmış troyan virusu tərəfindən hücuma məruz qalıb. Məhz “World of Tanks Edition” oyunçularının mühafizəsi üçün “Kaspersky Lab” və “Wargaming” şirkətləri öz güclərini birləşdiriblər.

“Kibercinayətkarlar üçün oyunçular əvəzedilməz tapıntıdır. Oyunçular üçün isə daha çox qazanmaq və inventar əhəmiyyətlidir. Oyun dəyərlərinin və ya ümumilikdə, hesabın itirilməsi oyunçu üçün əsl fəlakətə çevrilə bilər. Bundan başqa, qara bazarda bu cür istifadə olunmuş hesablar daha bahadır. “Kaspersky Lab” şirkətinin məhsulları ənənəvi olaraq təhlükəsizliyi ən yuxarı səviyyədə təmin edirlər. Buna görə də bizim oyunçularımız öz oyun mülkindən narahat olmaya bilərlər”, - deyə “Wargaming” şirkətinin biznesin inkişafı üzrə aparıcı meneceri Yuliya Orlova qeyd edib.

“Son zamanlar onlayn oyunlarda real pul müqabilində alınması mümkün olanobyektlərin sayı getdikcə çoxalır. Buna görə də cinayətkarlar aktiv şəkildə oyun hesablarından məlumatları əldə etməyəcəhd göstərirlər. Daha sonra əldə olunan məlumatlar hazırda sayı artmaqda olan xüsusi mağazalarda satışa çıxarılır. Biz bir daha bütün istifadəçilərə oyun zamanı daha ehtiyatlı olmağa və ilkin təhlükəsizlik qaydadalarına əməl etməyə çağırırıq. İlk növbədə, şübhəli mənbələrdən oyunlara qeyri-rəsmi “patch”lar yüklənilməməlidir.Belə ki, onlar oyun hesabından və ya bank kartından şifrələri oğurlayan zərərli proqramlar daşıya bilərlər. İkinci nəzərə alınmalı amil isə hesab məlumatlarını daxil etməyi tələb edən məktublara ehtiyatlı yanaşmaqdır. Diqqətsiz şəkildə göndərilən keçidə daxil olmaqla fişinq saytına daxil ola bilərsiniz. Son olaraq kompleks mühafizə həllinin quraşdırılması sizə kiberhücumlar haqqında unudub oyundan zövq almaq şansı verməklə yanaşı, sizi digər bütün internet təhlükələrindən qoruyur”, - deyə “Kaspersky Lab” şirkətinin biznesin inkişafı üzrə baş meneceri İrina Potanina bildirib.

“Kaspersky World of Tanks Edition” məhsulunun üzərində qurulduğu “Kaspersky Internet Security” zərərli proqramların təyin edilməsi və bloklanması üçün ən müasir texnologiyaları, antifişinq xüsusiyyəti, istismara qarşı avtomatik mühafizə, loqin və parolun daxil edilməsi üçün virtual klaviatura və digər bu kimi funksiyaları özündə birləşdirir. Bundan başqa, bura sistem resurslarından minimal dərəcədə istifadə edən və istifadəçinin oyunu bütöv ekran rejiminə keçirdiyi halda bir müddətlik bildirişləri dayandıran xüsusi oyun rejimi də daxildir.

“Kaspersky World of Tanks Edition”məhsulunu http://wot-virusa.net vebsaytından əldə etmək mümkündür. Təklif Azərbaycan, Belarus,Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanda keçərlidir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment