1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell ən yaxşı 3 işəgötürən şirkətdən biridir
22.12.2016

Gənclər və peşəkarlar Azercell-də işləməyi daha çox arzulayırlar

Baki, FinanceTime. Azərbaycanda ən çox arzulanan iş yerlərinin adı bəlli olub. Ən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlara görə sıralanan şirkətlər arasında ilk üçlükdə Azercell Telekom-un adı yer alıb.

ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin bu ilin avqust-sentyabr aylarında MDB ölkələri və Şərqi Avropa ölkələrinin bazarlarını əhatə edən tədqiqat reallaşdırıb. Araşdırmanın nəticələrinə əsasən, Azercell bazarda 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub.

Araşdırmanın məqsədi Azercell şirkətinin onun əməkdaşları və digər sahələrin nümayəndələri arasında işəgötürən kimi mövqeyini araşdırmaq, həmçinin Azərbaycanda ən yaxşı işəgötürənləri üzə çıxarmaq və mobil operatorların imicini öyrənməkdən ibarət olub. Tədqiqat zamanı Azercell-in əməkdaşları ilə yanaşı, digər peşəkar mütəxəssislər, tələbələr, yerli və xarici məzunlar, media nümayəndələri ilə üzbəüz müsahibələr aparılıb.

Araşdırmanın nəticələrinə əsasən, Azercell ölkənin bütün sahələrində ən yaxşı 3 işəgötürən şirkətlər sırasındadır. Mobil operatorlar arasında isə Azercell ən yaxşı işəgötürən elan edilib.

Eyni zamanda, Ernst & Young Azerbaijan şirkəti də tələbələr və müxtəlif sahələrdə çalışan peşəkar kadrlar arasında “Ən yaxşı işəgötürən 2015” tədqiqatını aparıb. 2016-cı ilin may-iyun aylarında aparılan araşdırmanın əsas məqsədi Azərbaycanın əmək bazarında əsas trendlərin müəyyənləşdirilməsindən ibarət olub. Sorğu iştirakçılarına işlə bağlı seçimlərinə təsir edən amillər, işəgötürən barədə məlumatları əldə etdikləri mənbələr, işə cəlb etmə prosesindəki nöqsanlar və digər məsələlər barədə suallar verilib.

Tələbə və peşəkar heyətin seçiminə əsasən, Azercell ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edilib. Bundan əlavə, Azercell  həm də bu siyahıda yer alan yeganə mobil operator olub. 

Bildiyimiz kimi, hər bir işçi üçün təhlükəsiz və sağlam mühit rahat iş yerinin təmin olunması əsas faktorlardandır. Qürurla bildiririk ki, Azercell artıq Əməyin mühafizəsi və təhlükəsizlik üzrə OHSAS 18001 beynəlxalq standartına və Ətraf Mühitin İdarə olunması Sistemi üzrə ISO 14001 sertifikatına layiq görülüb. Bununla yanaşı, şirkət, həmçinin, yeni Keyfiyyətin İdarə Olunması üzrə ISO 9001:2015 sertifikatını təkrar əldə edib. 

Hazırda Azercell-in bütün iş yerlərini Ətraf mühit və təhlükəsizik, İlkin Tibbi Yardım, yanğından mühafizə təlimləri, həmçinin sağlamlıqla əlaqəli tədbirlər (vaksinasiya, qan testi və s.) əhatə edir. Ümumiyyətlə, Azercell işəgötürən şirkət kimi  hər bir şəxs üçün perspektivli peşəkar inkişaf proqramı, cəlbedici əmək haqqı və sosial paket təqdim edir. Məhz bu səbəblərdən, daim etibarlı korporativ mədəniyyətə malik olan Azercell artıq ölkə ictimaiyyətində işəgötürən kimi öz brendinə dərin inam yarada bilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment