1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Lənkəran Çay-5” fabrikinin çaylarından istifadə zamanı nəzərə alınması zəruri olan bəzi tövsiyələr
20.12.2016

Baki, FinanceTime.  “Lənkəran Çay-5”fabrikinin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi şəfaverici, yüksək keyfiyyətli, 100% ekoloji təmiz çaylarının özəl dəmləmə qaydaları var və onlara əməl etmək zəruridir: 

İlk növbədə çayı dəmləmək üçün istifadə olunacaq suyun keyfiyyətini nəzərə almaq lazımdır. Yaxşı olar ki, bu məqsədlə saf, codluğu olmayan bulaq suyundan, ya da satışda olan və mexaniki qatışıqlardan təmizlənmiş sulardan istifadə olunsun. Təbii ki, kömür samovarında qaynadılmış suyun məxsusi dadı və ətri olur. Belə samovarı qaynatmaq üçün şərait olmadıqda isə elektrik samovarı və çayniki, yaxud da təbii qazla və ya odunla qaynadılan çaynik işinizə yaraya bilər.

Tutumu 0.5-0.6 litr olan isti, quru çini və ya saxsı çaynikə 2-3 xörək qaşığı çay töküb, həcminin  4/3 qədər qaynanmış qaynar su əlavə edin və  qaynatmadan 12-15 dəqiqə zəif odda  dəmləyin. Belə dənlənmiş çay pürrəngi, xoş ətirli olur, onun tərkibində insan orqanizmi üçün  xeyirli olan bütün maddələr tamamilə üzə çıxır və  çayın təkrarsız, ecazkar dadı zövqünüzü oxşayacaq və sizi məftun edərək, xoş xəyallar aləmində pərvazlandıracaqdır. Azərbaycan xalqının milli çay dəsgahının çələngi olan “armudu” stəkanlarda içilən çay ayrı aləmdir və çalışın ki, çayı yalnız belə stəkanlarda için və onu becərənlərə də, dəmləyənlərə də “əhsən” deyin.

Bu çaylar çaynikdə uzun müddət qaldıqda belə bulanıq hala düşmür, çay içilən stəkan və fincanda ləkə izləri qalmır.

Onu da qeyd etmək lazımdır ki, xırda doğranmış “Lənkəran Çay”, “Lənkəran pürrəngi” və “Lənkəran buketi” çayları nisbətən tez – 10-12 dəqiqəyə dəm alır, çayın rəngi tünd al-qırmızı rəngə çalır, dadı və ətri dərhal özünü büruzə verir.

İriyarpaqlı “Uzunömrülülər”, “Fərman çay”, “Fərman Golden”, “Fərman çay Ekslüziv” və “ Fərman çay Premium” elit çay növləri nisbətən gec – 15 dəqiqəyə dəmlənir, rəngi qırmızı olur, dadı və ətri tədricən hiss olunur, uzun müddət damaqdan getmir. “Fərman çay Ekslüziv” və “Fərman Çay Premium” çayları çayın güllərinin ləçəklərindən iyul ayının son və avqust ayının ilk dekadasında seçilərək yığıldığına görə çaysevərlər tərəfindən yüksək qiymətləndirilir və əksər hallarda  yaxın adamlara hədiyyə şəklində təqdim edilir.

Tarixən Azərbaycanda çayı  şəkər çuğundurundan hazırlanmış kəllə qəndlə içiblər ki, bunun da öz ləzzəti var. Sonradan çayı müxtəlif mürəbbələrlə içmək də dəb halını alıb.

 “Lənkəran Çay-5”fabrikinin çaylarından dəmlənmiş çayı şirin edib, səhər yeməyi zamanı içmək insana enerji və gümrahlıq verir.

Çayı içərkən Lənkəran limonundan istifadə etmək çaysevərlərə xüsusi zövq verəcək. Ancaq yaddan çıxarmayın ki, limonu stəkanda çox saxlamaq olmaz. Çünki, limon stəkana salındıqdan sonra 0.5-1.0 dəqiqə onun ətri və tamı çaya keçir, eyni zamanda da soyuq limon çayı tez soyudur və  rıngini açıq edir ki, bu da arzuolunmazdır.

Bir sözlə, “Lənkəran Çay-5”-in məhsullarından dəmlənmiş çayı içənlər, bir də və bir də yalnız bu çaylardan dəmlənmiş çayı içməyə üstünlük verəcəklər.

Çay plantasiyalarımızın torpaqları kimyəvi gübrələrin təsirinə məruz qalmadığından onların tərkibindəki ağır metallar da  tamamilə yox dərəcəsindədir və bu da çayın keyfiyyətini təyin edən başlıca amillərdən biridir.

“Lənkəran Çay-5”fabrikinin çaylarının üstün cəhətlərindən biri də odur ki, tərkibində cüzi də olsa metal qatışıqları olmadığından bu çaylar maddələr mübadiləsinə kömək edir, ürək-damar sisteminin fəaliyyətini tənzimləyir, hətta gecədən xeyli keçəndə belə içdikdə yuxusuzluğa səbəb olmur.

“Lənkəran Çay-5” fabrikində sifarişçilərin istəyi ilə Daşkəsən dağlarının yaylalarından yığılmış kəklikotu, Zaqatalanın qızılgül plantasiyalarından dərilmiş incə qızılgül ləçəkləri, dünya təbabətinə böyük töhfələr vermiş qoca Şərqdə ənənəvi olaraq müalicəvi əhəmiyyətli sayılan mixək və darçın ədviyyatları qatılmış çaylar da istehsal olunur.      

 Bizim çaylar sağlamlıq mənbəyi, can məlhəmidir! Bunu bilməyənlər bilsin!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment