1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“HRM360” proqram təminatına həsr edilmiş mətbuat konfransı keçirildi
19.12.2016

Baki, FinanceTime.   Dekabrın 19-da “Excelsior  Hotel & Spa Baku”  otelində  “AtaTexnologiya” şirkətinin yeni “HRM360” proqram təminatının təqdimatına həsr edilmiş mətbuat konfransı keçirildi.
Mətbuat konfransında “AtaTexnologiya”  MMC layihələr departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarına  “HRM360” proqram təminatının işini nümayiş etdirmiş,   onları proqramın texniki və unikal imkanları ilə tanış etmişdir. Proqram “AtaTexnologiya” şirkətinin mütəxəssisləri tərəfindən insan resursları sahəsində tətbiq etmək üçün 2016-cı ildə yaradılmışdır.

Proqramı HR menecerlər vəpersonalın seçimi üzrə mütəxəssislər tərəfindən istifadə üçün nəzərdə tutulub. “HRM360” proqram təminatı kargüzarlığı tamamilə əvəz edir və buna müvafiq olaraq vaxta qənaət edir və xidmətlərin effektivliyini yüksəldir. Proqram qanunvericiliyə tam uyğundur, Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq rüblük, illik hesabatların dövlət elektron portalına təhvil verilməsi imkanı nəzərdə tutulmuşdur. Qanunvericilik dəyişdiyi zaman proqrama da həmçinin, müvafiq dəyişikliklər edilir. Proqramda tətbiq edilən yeniliklərdən biri SMS bildirişin köməyi ilə müəyyən əlamətdar tarixlərin, məsələn, müqavilənin, məzuniyyətin, ad gününün və s.-in xatırlatma mexanizminin olmasıdır. Yaradılmış interfeys çox rahatdır və hər səviyyəli istifadçi üçün uyğundur.

Proqramın rəqabət qabiliyyətliliyini  işə qəbul üzrə CV modulunun olması təmin edir. Bu, namizədlərin seçilməsi işini xeyli asanlaşdırır. Vakansiya şablonları iddiaçılar tərəfindən doldurulduqdan sonra proqram tərəfindən təhlil edilir, axtarış  qeyd olunan  meyarlara əsasən həyata keçirilir. Seçimdən sonra müsbət nəticə əldə edilərsə, namizədin məlumatları avtomatik olaraq işçinin şəxsi kartoçkasına keçir. Bu halda həmçinin, proseslərin avtomatlaşdırılması, vaxta qənaətlə yanaşı, obyektiv yanaşma təmin edilir.

Proqram təminatına müxtəlif dillərdən istifadə imkanı  qoyulduğu üçün, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan isə onu milli qanunvericiliyə adaptasiya etməyə imkan verir. «HRM360»-ın həm ölkəmizdə, həm də xarici ölkələrdə tətbiqi üçün böyük imkanlar vardır. İndi o Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Lakin proqram təminatı işlənib hazırlanarkən, onun əsasına digər dillərdən də istifadə imkanı qoyulmuşdur. Bu, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan milli qanunvericiliyə adaptasiya etməyə imkan verir.  

Proqram bütün mümkün fəaliyyət sahələrində istənilən kommersiya strukturunun HR üzrə qarşılıqlı əlaqəsini təmin edir. İşəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir və HR menecerin iş vaxtına qənaət əldə edilir.  Konfransının gedişində «HRM360» -ın proqram təminatı ilə  bağlı  iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.




 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment