1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN Viza” portalının təqdimat mərasimi keçirilib
16.12.2016

Baki, FinanceTime. 16 dekabr 2016-cı il tarixində “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib.

Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmiləri, Bakıda yerləşən diplomatik korpus nümayəndələri, ölkənin böyük turizm şirkətlərinin rəhbərləri, ekspertlər, yerli və beynəlxalq media təmsilçilərinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov giriş sözü ilə açıb.

Dövlət Agentliyinin sədri bildirib ki, hazırda test rejimində fəaliyyət göstərən “ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək.

İnam Kərimov eyni zamanda qeyd edib ki, elektron viza almaq üçün portal üzərindən müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində həmin şəxsin elektron poçt ünvanına göndəriləcək.

Dövlət Agentliyinin sədri eyni zamanda göstərdikləri dəstəyə görə aidiyyəti qurumlara və şirkətlərə minnətdarlığını vurğulayıb.

Daha sonra çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, turizm infrastrukturunun inkişafı və viza sisteminin sadələşdirilməsi ilə bağlı son illərdə bir çox işlər görülüb.

Nazir müavini qeyd edib ki, yaradılan “ASAN Viza” portalı Azərbaycana gələn turistlərin sayının artmasında müstəsna rol oynayacaq.

Daha sonra Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov “ASAN Viza” portalı haqqında geniş təqdimatla çıxış edib.

Tədbir daha sonra interaktiv sual-cavab hissəsi ilə davam etdirilib.

Qeyd edək ki, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “ASAN Viza” sisteminin yaradılması təmin edilib.

Portalın yaradılmasında məqsəd Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment