1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Youth Inc.” proqramı"Öz Biznesinə Başla!” layihəsinin yeni mövsümünə start verir
16.12.2016

Baki, FinanceTime.  “Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində hər il həyata keçirilən "Öz Biznesinə Başla! Yeni Mövsüm" layihəsibu il böyük kütləni cəlb etmək məqsədindədir.Belə ki, bu mövsümdə layihəyə müraciət edən 150 nəfərdənseçilən 30 gənc multipleyer adı qazanmaq uğrunda 4 günlük TOT (“Training of Trainers”) təlimlərində iştirak ediblər.

TOT təlimləri sahibkarlıq anlayışı, hədəflərin təyin edilməsi, biznesdə komandanın rolu, SWOT analiz, SMART məqsədlər və digər mövzularda peşəkar təlimçilər Müşviq Həsənov tərəfindən və bədən dili, auditoriyaya psixoloji təsir faktorları, natiqlik bacarıqları, auditoriya ilə davranış və s. mövzularda Anar Məmmədov tərəfindən keçirilib. Hazırlığın son mərhələsi olaraq gənclər öyrəndikləri nəzəri bilikləri, həmçinin, auditoriya qarşısında çıxış etmək, səs tonu və bədən dilini idarə etmək, kütləni ələ almaq, liderlik bacarıqlarını nümayiş etdirmək məqsədilə layihə koordinatoru və təlimçilər qarşısında çıxış ediblər.

“Layihə çərçivəsində təşkil olunmuş TOT təlimlərində iştirak etdim. Burada fərqli komanda ruhunu hiss edirəm. Peşəkar təlimçilərin təqdimatında multipleyer yaxşı olmaq üçün ilk addımları mənimsəmiş oldum”, - deyə layihə iştirakçısı Türkan Şahvələdli bildirib.

“Mən burada öyrəndiklərimlə özümü inkişaf etdirirəm, digər tərəfdən də mənim kimi gənclərin inkişafında rol oynayıram. Belə məsuliyyətli işi bizə inanıb həvalə etdikləri üçün “Youth Inc.” kollektivinə təşəkkürümü bildirirəm”, - deyə layihənindigər iştirakçısı Cəlal Camalov qeyd edib.

Hazırlıq mərhələsini uğurla tamamlamış 23 multipleyerlərlə memorandum imzalanıb. Onlardekabr ayından etibarən ali təhsil ocaqları, gənclər təşkilatları və bir sıra təlim-tədris ocaqlarının nümayəndələri qarşısında çıxış edir, auditoriyaya sahibkarlıq anlayışının təbliği istiqamətində müxtəlif mövzularda bilikləri çatdırırlar. Layihənin iyun ayınadək davam etməsi nəzərdə tutulub. Ötən mövsümlərdən layihəni fərqləndirən cəhət isə müxtəlif şirkətlərdən dəvət olunan peşəkarların təqdimatında vaxtaşırı master-klassların və açıq qapı günlərinin keçirilməsi olacaq. Sözügedən layihə imkanlarını Bakı və ətraf bölgələrlə məhdudlaşdırmayaraq regionlara səfəri də planlaşdırır.

Qeyd edək ki,multipleyer – bilik və bacarıqları, məlumatı, vərdişləri təlimçidən alan və onları geniş qruplara ötürən şəxsdir. Təlimlərin məqsədi gənclərdə biznes ideyanın formalaşdırılması, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması, biznes ideyanın təhlilinin aparılması, məqsədlərin qoyulması, biznesin qeydiyyatı və s. mövzularda bilik və məlumatın artırılmasıdır.

Xatırladaq ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." proqramı "Coca-Cola" şirkəti, Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyin (DVC) dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc." Proqramının illər ərzində göstərdiyi aktiv fəaliyyəti nəticəsində 15 müxtəlif biznes layihələr həyata keçirilib, 25 startap dəstəklənib və 7 minə yaxın gənc əhatə olunub. Proqramın məqsədi Azərbaycanda gənc sahibkarlıq anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatlığının artırılması və gənclərə öz bizneslərini yaratmaqda dəstək olmaqdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment