1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı
15.12.2016

Baki, FinanceTime. Azərbaycanın aparıcı mobil operatoru, milyonlarla abunəçinin etibarını qazanmış Azercell Telekom MMC 20 illik yubileyi münasibəti ilə şirkətdə ilk gündən çalışan işçiləri üçün görüş təşkil etdi. Düz 20 il əvvəl – 1996-cı il dekabrın 15-də Azercell Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başladı. Bununla da ölkənin mobil telekommunikasiya sektorunun tarixində tamamilə yeni keyfiyyət səhifəsi açılmış oldu.

Görüş zamanı Azercell-in prezidenti Vahid Mürsəliyev çıxış edib, şirkətin 20 ildə keçdiyi yola qısa nəzər salaraq indi gəlib çıxdığı səviyyəni dəyərləndirib. Qeyd edib ki, Azercell təqdim etdiyi xidmətlər sayəsində öz abunəçilərinin hər kəsdən və hər zaman bir addım irəlidə olmasını təmin etməkdə israrlıdır: “Hazırda beynəlxalq şirkətin bir hissəsi olan Azercell nəinki ölkənin, ümumilikdə regionun qabaqcıl mobil operatorudur. Biz bu mövqeyə gəlib çatmaq, müştərilərimizin sonsuz etibarını qazanmaq üçün çox işləmişik. Abunəçilərimizə qarşı dürüst olmuşuq, onlara hörmətlə yanaşmışıq. ​Əminəm ki, dəyərlərimizə və biznes prinsiplərimizə sadiq qalaraq, bundan sonra da öncüllüyümüzü qoruyub saxlayacaq, daha da inkişaf edəcəyik”.

V.Mürsəliyev şirkətin yarandığı gündən Azercell-də işləyən, 20 ildir burada əmək sərf edən əməkdaşları da mükafatlandırıb. Onlara xatirə hədiyyələri, sertifikatlar təqdim olunub, gələcək işlərində daha böyük uğurlar arzulanıb. Azercell prezidenti qeyd edib ki, istənilən şirkətin uğur qazanmasında ən başlıca faktor onun peşəkar komandasının mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması ilə bağlıdır. Bu baxımdan Azercell-in bəxti gətirib, çünki məhz sadiq əməkdaşları sayəsində Azercell indiki lider mövqeyə gəlib çata bilib. Hazırda Azercell-in peşəkar işçiləri digər şirkətlərdə təlimlər keçir, xarici ölkələrdə işləyirlər. Eyni zamanda, Azercell rəhbərliyi də öz işçilərinin səylərini yüksək qiymətləndirir. Yubiley yığıncağında Azercell-in departament direktorları, aparıcı əməkdaşları iştirak ediblər.

Azercell yeni nəsil telekommunikasiya şirkəti kimi daim öndə olmağı, hər kəsin etibar etdiyi operator kimi qalmağı, daha yeni yüksəklikləri fəth etməyi  hədəfləyir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment