1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AtaHolding Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov - İdarəetmədə insan resurslarının rolu
14.12.2016

Çalışdığımız təşkilatda davamlı inkişafı təmin etmək və rəqabətə dayanıqlığı təmin etmək üçün keyfiyyət idarəetmə sisteminin səmərələrindən istifadə edilməlidir. Hər bir təşkilatın fəaliyyət göstərməsində maraqlı tərəflər vardır: Müştəri, əməkdaşlar, səhmdar, təchizatçılar və Dövlət. Hər bir maraqlı tərəfin isə öz maraq dairəsi var: Müştərilərə ona təqdim edilən məhsulun keyfiyyəti, qiyməti və çatdırılmasına ayrılan zaman, əməkdaşlara əmək haqqının yüksək olması, karyerada inkişaf, imic əldə etmək, səhmdarlara müəssisənin fəaliyyəti üçün ayırdığı kapitalı qısa müddətdə əldə etmək, daha çox gəlir əldə etmək, Dövlətə müəssisənin fəaliyyət göstərməklə yeni iş yerlərinin yaranması, dövlət büdcəsinə ödənilən gəlir vergisinin təmin edilməsi, təchizatçılara isə müəssisənin fəaliyyət göstərməklə ondan daha çox xam mal materıalın alınması maraqlıdır. Qeyd edilən maraqlı tərəflərdən biri-müştərilərin maraq dairəsini təmin etməklə müəssisə fəaliyyətində maraqlı olan digər tərəflərin maraq dairəsini təmin etmiş oluruq. Müştəri tələbi öyrənilməli, mikro və makroiqtisadi amillər qiymətləndirilməlidir. Qiymətləndirmə nəticəsində hədəflər planlanır və bu hədəflərə nail olmaqda insan resursları əhəmiyyətli rola sahibdir. İnsan resurslarının səmərəli idarəedilməsi və təşkilata verdiyi dəyərin göstəricisini artırmaq üçün aşağıdakı məqamların tənzimlənməsi vacibdir:

1. İnsan resurslarının cəlb edilməsi.

Qarşıya qoyulan hədəflərə nail olmaq üçün insan resurslarının düzgün seçimi aparılmalıdır. İnsan resurslarının seçimində müəyyən meyarlar nəzərə alınmalıdır:

* Namizədin təşkilatın korporativ dəyərlərinə cavab verməsi. Bir çox təşkilatlar bu meyara önəm verərək yaranmış vakant yer üzrə namizədləri daxildə olan kadr ehtiyatından seçir. Çünki onlar təşkilatın dəyərlərinə cavab verir və təşkilat xaricindən qəbul ediləcək işçi üçün ayrılacaq zamana qənaət etmiş olur.

* Namizədin fəaliyyət sahəsi üzrə təcrübəsinin və nailiyyətlərinin tələb olunan vəzifəyə cavab verməsi.

* Təşkilatın inkişaf tarixi ilə namizədin öz karyerasında olan inkişaf dövrü arasında müəyyən tarazlığın olması. Məqsəd kadr loyallığını təmin etməkdir.

* Namizədin təşkilata gətirəcəyi faydaların qarşıya qoyulmuş hədəflərə cavab verməsi.

Bir qrup şirkətlər insan resurslarını xüsusi kadr xidməti müəssisələri vasitəsilə təmin etməyi üstün tuturlar. Burada məqsəd xidmət müqaviləsinin qüvvədə olduğu müddətdə kadrın təşkilatın dəyərlərinə cavab verdiyini qiymətləndirmək və bununla düzgün kadr seçiminə əminliyi artırmaqdır.

Təşkilata cəlb etdiyimiz hər bir işçi üçün karyera inkişaf planı hazırlanmalıdır. Kareyera inkişaf planı hazırlarkən və hədəflər üzrə rollar müəyyən edilərkən işçilər arasında Mayer Briqs testini keçirmək tövsiyə edilə bilər.

2. İnsan resurslarının fəaliyyətə adaptasiyası

İnsan resurslarını fəaliyyətə uyğunlaşdırmaq üçün təşkilatın fəaliyyətini tənzimləyən normativ sənədlər olmalıdır. Bu normativ sənədlər proses, prosedur və qısa təlimatlar formasında tərtib edilir. Normativ sənədlər təşkilatın aparıcı kadrlarının beyin məhsuludur və işçilərə fəaliyyət sahəsində səmərəli nəticə əldə etməyə imkan yaratmalıdır. İşçilər normativ sənədlərin tələbləri barədə maarifləndirilməli və mənimsəmə səviyyəsi qiymətləndirilməlidir. İşçilər təşkilatın siyasəti və hədəflər ilə tanış edilməli, hədəflərə nail olmaq üçün motivasiya sistemi qurulmalıdır. Motivasiyanın ən səmərəli forması isə vəzifələr üzrə dərəcələndirməni (Məsələn: Hay metod səmərəli metodlardan biridir.) etməklə həyata keçirmək olar. Bu həm kadrlar arasında rəqabət mühitini yaradır, həm də kadrların peşəkarlıq səviyyəsinin artırılmasına stimul yaradır, bununla da təşkilatın imicini yüksəldirik. Qeyd edilənləri nəzərə almaqla biz insan resursunaYaponların Kaizen - davamlı inkişaf nəzəriyyəsinin elementlərini tətbiq etmiş oluruq.

İnsan resurslarının təşkilatda qərar verən vəzifəli şəxslərə əlçatan olmasını təmin etmək lazımdır. Bu təşəbbüskarlıq təşkilatın qərarverən vəzifəli şəxsləri tərəfindən təmin edilməlidir.

3. İnsan resurslarının fəaliyyətinə nəzarət

Insan resurslarının fəaliyyətinə nəzarət metodları işlənməlidir. Bu nəzarət kadrın təşkilatın dəyərlərinə cavab verdiyini, onun peşəkarlıq səviyyəsini və onun artırılması ehtiyaclarını, motivasiya ehtiyacını qiymətləndirmək üçündür. Qiymətləndirmə işçinin birbaşa rəhbəri, eyni proses iştirakçıları, müştərilər, test müştəriləri və işçinin özü tərəfindən aparılmalıdır.

Yuxarıda qeyd edilənləri həyata keçirmək üçün hər bir təşkilat özündə korporativ idarəetmə sistemini qurmalı və mütəmadi olaraq fəaliyyətə uyğunluğunu təmin etməlidir. İnsan resurslarının təşkilatı idarəetmədə rolunu nəzərə alaraq onlardan faydalanmaq üçün aşağıdakı qrup normativ sənədlərin istifadəsi məqsədə uyğundur.

1. Fəaliyyət sahəsi üzrə vəzifələrin dərəcələndirilməsi

2. İnsan resursların işə cəlb edilməsi

3. İnsan resurslarının adaptasiyası

4. İnsan resurslarının xidməti fəaliyyətinin qiymətləndirilməsi

5. İnsan resurslarının peşəkarlıq səviyyəsinin artırılması

6. İnsan resursu ehtiyatının idarəedilməsi

7. Motivasiya sisteminin idarəedilməsi

8. Əmək münasibətlərinin tənzimlənməsi (Məzuniyyət, ezamiyyə, müqaviləyə əlavələr və xitam verilməsi əhatə edilə bilər.)

Və ən zəruri isə hər bir kadrın işini tənzimləyəcək işçi proseslər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment