1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola Məktəbli Kuboku” üzrə memorandum yeniləndi
09.12.2016

Baki, FinanceTime. Bakı Olimpiya Stadionunda “Coca-Cola Məktəbli Kuboku” turiniri ilə əlaqədar AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” şirkəti arasında memorandumun yenilənməsi mərasimi keçirilib. Tədbirdə hər üç təşkilatın rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri və media mənsubları iştirak edib.

2009-cu ildən keçirilən “Coca-Cola Məktəbli Kuboku” turiniri 2011-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Coca-Cola tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur. Uğurlu 5 illik əməkdaşlığın ardından tərəflər ölkənin ən kütləvi futbol layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turinirinin müddətinin daha 4 il artırılmasına qərar veriblər. Respublika məktəblərinin 70%-dan çoxunu əhatə edən bu layihə ölkədə ən kütləvi futbol layihəsidir.

Tədbirdə 5 illik əməkdaşlıq dövründə əldə olunmuş nəticələr və gələcək planlar haqqında məlumat verilib. AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarını turnir barədə məlumatlandırıb. Sonra AFFA-nın Baş katibi Elxan Məmmədov, təhsil nazirinin müavini Firudin Qurbanov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel tərəfindən memorandum imzalanıb. AFFA tərəfindən Təhsil Nazirliyi və Coca-Cola Bottlers şirkətinə göstərdikləri dəstəyə görə simvolik hədiyyələr təqdim olunub.

“Coca-Cola” 200-dən çox ölkədə fəaliyyət göstərir və bu ölkələrin hamısında cəmiyyətin inkişafı naminə müxtəlif proqramlara dəstək olur. “Coca-Cola Məktəbli Kuboku” da belə proqramlardan biridir. Ötən beş il ərzində “Coca-Cola Məktəbli Kuboku” turniri 1 milyondan artıq məktəblini əhatə edib və turnirin qalibləri müxtəlif beynəlxalq yarışlarda iştirak hüququ qazanıblar. Proqramın məqsədi məktəbliləri idmana cəlb etməklə onların həyatına müsbət dəyişikliklər gətirməkdir. Uşaqlar nə qədər hərəkətdə olarlarsa, bir o qədər də sağlam olarlar. İnanıram ki, növbəti illərdə də proqramın uğurları artmaqda davam edəcək. “Coca-Cola Məktəbli Kuboku”nun həyata keçirilməsində dəyərli tərəfdaşlarımız AFFA və Təhsil Nazirliyinə təşəkkür edirəm”, - deyə Erdinc Güzel bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov qeyd edib: “AFFA, Təhsil Nazirliyi və “Coca-Cola Bottlers” şirkəti 5 ildir ki, Məktəbli Kuboku yarışını təşkil edir. Azərbaycanda ən kütləvi yarışdır və bütün bölgələrdə keçirilir. Artıq 5 ilin sonu çatdı və yeni müqavilə imzalanır.  Fürsətdən istifadə edib, Coca-Cola şirkətinə, Təhsil Nazirliyinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Düşünürəm ki, Azərbaycan üçün bu çox önəmli bir layihədir. İlk növbədə sağlam həyatın və ümumiyyətlə, idmanın təbliğidir. Biz bu turnir vasitəsilə uşaqlara idmanı, xüsusilə də futbolu sevdiririk. Artıq yaxşı nəticələrmiz də var: bu layihədə iştirak edən Ülvi İbrahimov məktəbi bitirdikdən sonra “Qarabağ” futbol klubu ilə peşəkar müqavilə imzalayıb. Bu, müsbət haldır. Arzulayıram ki, “Coca-Cola Məktəbli Kuboku” turnirində iştirak edən istedadlı şagirdlər gələcəkdə karyeralarını futbolçu kimi davam etdirsinlər. Onu da qeyd edim ki, növbəti 4 il ərzində biz turnir üçün qeydiyyat sistemini tətbiq edəcəyik. Bütün bölgələrədən gələn iki yüz mindən çox şagirdi qeydiyyatdan keçirəcəyik”.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment