1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Afrika İttifaqının mənzil qərargahında “ASAN xidmət”in təqdimatı keçirilib
09.12.2016

Baki, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi 2016-cı il 7-8 dekabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində səfərdə olub.

Afrika İttifaqının dəvəti əsasında baş tutmuş səfərin məqsədi Azərbaycanın qabaqcıl “ASAN xidmət” modelini Afrika qitəsi ölkələrinə daha geniş formatda təqdim etmək və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığını genişləndirməkdir.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri və Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayevin rəhbərlik etdiyi və tərkibinə Dövlət Agentliyinin nümayəndəsinin dədaxil olduğu heyət Afrika İttifaqının mənzil qərargahında “Dövlət xidmətləri və idarəetmə” mövzusunda təşkil edilmiş xüsusi sessiyada iştirak edib.

Sessiyada Dövlət Agentliyinin nümayəndəsi dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi səmərəli islahatların tərkib hissəsi kimi yaradılmış “ASAN xidmət”in fəaliyyəti və nailiyyətləri barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, fəaliyyətində şəffaflıq, operativlik, əlçatanlıq, məsuliyyətlilik və rahatlıq prinsiplərini rəhbər tutan və vətəndaş məmnuluğuna söykənən “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni düşüncə və konsepsiyanın əsasını qoymuşdur. Azərbaycanın bu brendi BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanınır.

Qeyd edilməlidir ki, Azərbaycan Afrika İttifaqının üzvü olmayan yeganə ölkə qismindədövlət xidmətlərinin göstərilməsi sahəsində öz təcrübəsini bölüşmək məqsədi ilə müstəsna olaraq sessiyada iştiraka dəvət edilib.

Təqdimatla yanaşı Afrika İttifaqının mənzil qərargahında “ASAN xidmət”in fəaliyyəti və nailiyyətlərini əks etdirən stend qurulub.Tədbir iştirakçılarının böyük maraq göstərdiyi stendə təşkilatın rəsmiləri, o cümlədən Afrika İttifaqıKomissiyasının sədr müavini cənab Erastus Mvença və Komissiyanın baş katibi xanım Djeneba Diarra baxış keçirib, “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində, həmçinin Efiopiya Federal Demokratik Respublikasının dövlət qulluğu və insan resurslarının inkişafı üzrə dövlət naziri cənab Adamo Ayane və Xarici İşlər Nazirliyinin Siyasi araşdırmalar və təhlil idarəsinin rəhbəri cənab Mekonen Haddis ilə də görüşlər keçirilib. Görüşlərdə dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verilib və bu istiqamətdə Azərbaycan Efiopiya arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment