1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB (Azərbaycan) paket sığorta məhsullarının siyahısını genişləndirir
08.12.2016

Baki, FinanceTime. Bank VTB (Azərbaycan) “KASKO avtomobil sığortası” xidməti çərçivəsində “KASKO- İlk Zərər” məhsulunu təklif edir. Bu məhsulun şərtlərinə əsasən, avtomobil yalnız yol-nəqliyyat hadisəsindən sığortalanır və təminat yalnız birinci hadisə üzrə verilir.“KASKO- İlk Zərər” məhsulunun qiyməti şərtlərdən asılı olaraq70 və 140 manat təşkil edir. Beləliklə, bu məhsul sayəsində müştəri kiçik məbləğdə sığorta haqqı ödəməklə sığorta təminatı almaq imkanına malikdir.

Bundan başqa, “Daşınmaz əmlakın sığortası” xidmətinin şərtləri də dəyişdirilib. İndi sığorta təminatını Sumqayıt, Gəncə, Naxçıvan və Azərbaycanın digər bölgələrindəki daşınmaz əmlaka görə də almaq olar. Məhsulun qiyməti regiondan asılı olaraq 48-70 manat təşkil edir.

Hər birsığorta məhsulunun müddəti 1 ildir.Sığorta polisinin alınması və rəsmiləşdirilməsi bank VTB (Azərbaycan)-ın filiallarında həyata keçirilir və əlavə olaraq sığorta şirkətinə müraciət tələb olunmur.

 “KASKO - İlk Zərər” məhsulu almaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Daşınmaz əmlakın sığortası zamanı şəxsiyyət vəsiqəsi ilə birgə əmlak sahibliyini təsdiq edən sənəd təqdim edilməlidir.

Beləliklə, hazırda bank VTB (Azərbaycan)-da bütün əsas risklər üzrə kompensasiya təklif edən

“KASKO Avtomobil Sığortası” ,“KASKO- İlk Zərər” , “Daşınmaz Əmlakın Sığortası” və “Bədbəxt Hadisələrdən Sığorta” kimi məhsullar təqdim edilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment