1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Qadınlarının İKT Klubu – “FEMMES DIGITALES”in təsis edilməsinin 2 illiyi qeyd edilib
08.12.2016

Baki, FinanceTime.  4 dekabr tarixində Azərbaycanda davamlı şəkildə populyarlıq əldə edən Azərbaycan Qadınlarının İKT Klubu – “FEMMES DIGITALES” təşkilatının təsis edilməsinin 2 illiyini münasibətilə tədbir keçirilib.

Tədbirdə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir sıra qabaqcıl şirkətlərin və təşkilatların nümayəndələri iştirak edib. İştirakçılar arasında ASAN Xidmət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “Microsoft”, “Cybernet”, “Ultra Technologies”, “MONT”, “R.I.S.K”, “İteca Caspian”, “AzİnTelecom”və digər təşkilatlardan olan çoxsaylı qonaqlar yer alıb.

Azərbaycan Qadınlarının İKT Klubu – “FEMMES DIGITALES” və “BEST Solutions” şirkətinin həmtəsisçisi Yana Krimpe çıxış edərək təşkilatın fəaliyyət göstərdiyi iki il ərzində əldə etdiyi uğurlardan danışıb, klubun gələcək fəaliyyəti barədə qonaqları ətraflı şəkildə məlumatlandırıb.

Qeyd olunub ki, Azərbaycan Qadınlarının İKT Klubu – “FEMMES DIGITALES” təşkilatı 2014-cü ildə təsis edilib. Təşkilatın təsis edilməsinin məqsədləri sırasında İKT sahəsində müxtəlif dövlət və özəl qurumlarda, həmçinin ictimai sahədə çalışan qızları və qadınları bir araya toplamaq, İKT sahəsində onları maarifləndirmək, eləcə də günü-gündən inkişaf edən bu fəaliyyət sahəsində Azərbaycan qızları və qadınlarının karyera yüksəlişi səylərini artırmaq və s. kimi məqsədlər vardır.

Təşkilatın uğurlu fəaliyyətini qeyd edən Y.Krimpe vurğulayıb ki, klubun təsis edilməsindən bu günə qədər olan dövr ərzində təşkilat Azərbaycanlı qızların və qadınların İKT sahəsində məlumatlılıq dərəcəsinin artırılması istiqamətində müxtəlif uğurlara imza atıb və onlar üçün təkcə Bakı şəhərində deyil, həmçinin bir sıra regionlarda müxtəlif vacib tədbirlər həyata keçirib. Klub bu müddət ərində “Bakutel-2014” və “Bakutel-2016” kimi nüfuzlu sərgilərdə iştirak edib.

Diqqətə çatdırılıb ki, təşkilatın təsis olunduğu dövrdən etibarən qızların və qadınların İKT sahəsində inkişafı, informasiya texnologiyaları sahəsinin onların arasındatəbliğ edilməsi, bu sahədə müvafiq təcrübə mübadiləsinin aparılması və Azərbaycanlı qızların və qadınların İKT sahəsində son yanaşmalar və həllərlə yaxından tanış edilməsi mövzularını əhatə edən ən müxtəlif konfranslar təşkil olunub. Hazırda klubun üzvləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində informasiya texnologiyaları sahəsinin Azərbaycanda məktəblilər arasında təbliğ edilməsi üçün həyata keçirilən proqramın icrasını fəal şəkildə davam etdirirlər.

Bu müddət ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Asan Xidmət, ADA Universiteti, müxtəlif dövlətlərin ölkəmizdə akkreditasiya olunmuş səfirlikləri, “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “AMCHAM” “Azertelecom”, “Azercell”, “Bakcell”, “Nar Mobile” və s kimi qabaqcıl şirkətlərlə əməkdaşlıq, həmçinin “Girls in ICT Day” və “ICT week” kimi ənənəvi tədbirlərin keçirilməsi Azərbaycan qızları və qadınlarının İKT sahəsində ümumi və peşəkar biliklərinin daha da genişlənməsi işinə töhfə verib.  

Qeyd olunub ki, növbəti ilin yanvar ayının sonlarında klubun təsis edilməsi ilə bağlı genişmiqyaslı tədbirin keçirilməsi planlaşdırılır ki, tədbirdə klub üzləri ilə yanaşı çoxsaylı qonaqlar da iştirak edəcəklər.

Tədbirdə Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES”in üzvləri təşkilatın uğurlu fəaliyyəti haqda danışaraq klubun gələcəkdə də məhsuldar şəkildə fəaliyyət göstərəcəyinə inandıqlarını ifadə ediblər və təşkilatın müxtəlif dövlət və özəl strukturlarla İKT sahəsinin Azərbaycanlı qızlar və qadınlar arasında təbliği sahəsində mövcud əməkdaşlığının davam edəcəyinə əmin olduqlarını vurğulayıblar. 

 

“FEMMES DIGITALES” Klubu haqqında:

Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 100-dən artıq qız və qadını birləşdirən ilk peşəkar təşkilatdır. Klubun yaradılmasında əsas məqsəd təsisçilərin öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini və səylərini artırmaq, gündəlik həyatlarında informasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmağı öyrətmək və texnologiyaların nə qədər azadlıq və yeni imkanlar gətirdiyini, vaxta qənaət etdirdiyini gənc qızlara anlatmaqdan ibarətdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment