1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell gənclərə dəstəyini davam etdirir
08.12.2016

Şirkət Karyera Günü və İş Yarmarkasında iştirak edib

Baki, FinanceTime.  Hər zaman gənclərə dəstək olan “Azercell Telekom” MMC-nin İnsan Qaynaqları departamentinin əməkdaşları  ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi və Amerika Mərkəzinin tələbələr və məzunlar üçün təşkil etdiyi Karyera Günü və İş Yarmarkasında iştirak edib. Şirkət nümayəndələri Azercell-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər və Azercell-də mövcud olan vakansiyalar barədə yarmarka iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-də işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat verib, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar.  Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin, işəgötürənlər potensial kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Yarmarka zamanı iştirakçılar üçün “Şəxsi iş: şəxsi biznes idarə etmənin çətinlik və perspektivləri”,İş əlaqələri qurma və müsahibə aparma bacarıqları”, “Uğurlu karyera qurmaq: Qeyri-kommersiya şirkətlərində işin çətinlik və perspektivləri”, “Şəxsi brendinizi necə yaratmalı”, “ Şəxsi iş: şəxsi biznes idarə etmənin çətinlik və perspektivləri”, “İş əlaqələri qurma və müsahibə aparma bacarıqları”,” Uğurlu karyera qurmaq: Uğurlu və layiqli karyera qurmanın 10 yolu” və “Karyera planlaşdırması və həyatdan nə istəyirsiniz” mövzusunda sessiyalar keçirilib. Günün ikinci yarısında tələbə və məzunların müxtəlif yerli və beynəlxalq şirkətlərinin nümayəndələri ilə görüşməsi və bu şirlkətlərdə işləməyin fayda və imkanları haqqında məlumat verilib. 

Qeyd edək ki, “Azercell Telekom” MMC daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercellin təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment