1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bankdan ikinci mərhələyə start
06.12.2016

Baki, FinanceTime. Azər Türk Bank və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "ASAN Könüllüləri" Təşkilatının üzvləri üçün 1 aylıq təlimlərin ikinci mərhələsinə start verilib. Layihənin həyata keçirilməsində məqsəd "ASAN Könüllüləri" Təşkilatının iqtisadiyyat və maliyyə üzrə təhsil almış üzvlərinin ixtisasları üzrə praktik biliklərinin genişləndirilməsinə, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində təşkil olunan təlimlər zamanı Azər Türk Bankın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, marketinq, satış texnikləri, PR və bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərir, onları maraqlandıran sualları cavablandırırlar. Layihənin iştirakçısı olmuş könüllülərin təlimlərdə əldə etdikləri bilik və bacarıqlar onların şəxsi inkişafını təmin edəcək, gələcək fəaliyyətləri üçün stimul yaradacaq. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Həmçinin təlimlərdə uğurlu nəticə göstərən könüllülər Azər Türk Bankda təcrübə keçmək imkanı qazanacaqlar. Bu da onların gələcək karyeraları üçün mühüm əhəmiyyət kəsb edir. Təlimlərin müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub. Qeyd edək ki, Azər Türk Bank Korporativ Sosial Məsuliyyət fəaliyyətinə uyğun olaraq mütəmadi şəkildə bu kimi layihələr həyata keçirir. 

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment