1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dünya Sahibkarlıq Forumu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında arasında əməkdaşlıq müqaviləsi imzalanıb
06.12.2016

Baki, FinanceTime. Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun (World SME Forum) icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında keçirilən görüşdə kiçik və orta sahibkarlıqla bağlı bir çox məsələlər müzakirə edib.

Görüş zamanı iki qurum arasında gələcək əməkdaşlıq, birgə layihələrin icra mexanizmləri, kiçik və orta sahibkarlıq və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 Bundan sonra Azərbaycan Respublikası Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası   Dünya  Kiçik və Orta Sahibkarlar Forumunun Baş Assambleyasının üzvü kimi  təmsil olunacaq.

Konfederasiyanın fəaliyyəti ilə bağlı məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd  Musayev ölkəmizdə özəl sektora  göstərilən dövlət qayğısından da söz  açıb. Qeyd edib ki, son vaxtlar  kiçik və orta sahibkarların işinin  asanlaşması üçün bir çox tədbirlər görülür. Dünyada olan təcrübəni Azərbaycanda tətbiq etmək olacaq. Bu sahədə ölkəmizdə çox işlər görülüb, bununla bu təşkilatla əməkdaşlıq KOS-ın fəaliyyətini canlandıracaq.

World SME Forumunun icraçı direktoru Tunc Uyanık Azərbaycanda özəl sektora, xüsusilə də  kiçik və orta sahibkarlığın inkişafına göstərilən diqqətin  sevindirici hal  olduğunu  da bildirib.  Qonaq  World SME Forumunun  Azərbaycan Sahibkarlar Konfederasiyası ilə  əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Qeyd edib ki, Dünya Kiçik və Orta Sahibkarlıq Forumu (World SME Forum)   13 may 2015-ci ildə yaradılıb. Təsisçi TOBB və Beynəlxalq Ticarət Palatasıdır. Təşkilatın yaradılmasında əsas məqsəd isə dünyada biznes mühitinin, həmçinin KOS-ın fəaliyyətinin canlandırılması, beynəlxalq təcrübədən yararlanmaq olub.

Sonda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə  World SME Forumu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

World SME Forumuna ilk üzv ölkəmizdən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası oldu.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment