1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan-İran əlaqələri müzakirə edilib
06.12.2016

Baki, FinanceTime. İran İslam Respublikasının Urmiyə vilayətinin Ticarət, Sənaye, Kənd Təsərrüfatı və Mədən Palatasının prezidenti Hassan Entezarın  rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında keçirilən  görüşündə  iqtisadi, ticarət  əlaqələri ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd  Musayev Azərbaycan-İran ticarət əlaqələrinin inkişafından, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün ölkədə böyük potensial olduğundan söhbət açıb. O,  qeyd edib ki, son vaxtlar keçirilən Azərbaycan-İran biznes forumlar, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri gələcək əməkdaşlığın təməl daşını qoyur. Gələn il sahibkarlardan ibarət böyük nümayəndə heyəti ilə İrana səfər edəcəyini deyən M.Musayev bu səfərin münasibətlərin səmərəli əməkdaşlıq  üçün faydalı olacağına da ümid etdiyini bildirib.

Hassan Entezar Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğundan, iki ölkə arasında özəl sektorunun müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğundan söhbət açıb. Hassan Entezar bildirib ki, Urmiya mədənləri və meyvə tərəvəzi ilə məşhurdur. İl ərzində 1mln.200 min ton alma, 220 min ton üzüm istehsal etdiklərinin deyən iranlı qonaq   Urmiya və Azərbaycan iş adamlarının əməkdaşlığı zəruriyyətini, üçüncü ölkəyə məhsul ixrac etmək arzusunda olduqlarını  dilə gətirib. Eyni zamanda 1200 fabrik və müxtəlif zavodların fəaliyyət göstərdiyi  Urmiya bölgəsinə  azərbaycanlı iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib.

Görüş Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul əməkdaşları ilə iranlı sahibkarlar arasında müzakirə ilə davam edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment