1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Əfqanıstan nümayəndə heyəti “Asan İmza” texnologiyası ilə tanış olub
06.12.2016

Baki, FinanceTime. Əfqanıstan İslam Respublikasından ölkəmizə gəlmiş və 27-30 noyabr tarixlərində Bakıda səfərdə olmuş nümayəndə heyəti “Asan İmza” innovativ mobil gücləndirilmiş elektron imza texnologiyası ilə tanış olub.

Əfqanıstan İslam Respublikasının “ASAN Khedmat” qurumunun direktoru, Daxili İşlər Nazirinin müavini və digər dövlət orqanlarının yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd Azərbaycanda əhaliyə göstərilən xidmətlər prosesində tətbiq olunan müxtəlif elektron xidmətlər və qabaqcıl texnologiyalarla yaxından tanışlıq və müvafiq təcrübə mübadiləsini aparmaq təşkil edib.

Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, eləcə də bir sıra digər dövlət və özəl qurumlarda müxtəlif görüşlər keçirib.

“Asan İmza” mobil elektron imza sisteminin təqdimatına həsr olunmuş tədbirdə qonaqların diqqətinə çatdırılıb ki, “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidməti dövlət və özəl qurumlarının müxtəlif elektron xidmətlərdən istifadə zamanı vətəndaşlara geniş imkanlar təqdim edən tamamilə yeni texnologiyadır. Bildirilib ki, mobil gücləndirilmiş elektron imza sistemi hazırda ölkə üzrə 500-dən çox elektron xidmətdə istifadə olunur. Ötən il “Asan İmza” texnologiyası Əfqanıstanın paytaxtı Kabil şəhərində təqdim olunub və təqdimat zamanı Azərbaycan texnologiyasına böyük maraq yaranıb. Diqqətə çatdırılıb ki, innovativ texnologiya olan “Asan İmza” Əfqanıstanda əhaliyə gücləndirilmiş elektron imza xidmətinin təqdim edilməsində geniş şəkildə istifadə oluna bilər. Belə ki, bu texnologiya ölkədə internetin müxtəlif səviyyələrdə mümkün olduğu kənd əraziləri də daxil olmaqla müxtəlif regionlarda, istənilən növ mobil telefonlar vasitəsilə müxtəlif kompyuter biliklərinə sahib olan vətəndaşlar tərəfindən istifadə oluna bilir.

İnnovativlik, yüksək təhlükəsizlik, eləcə də istifadədə asanlıq “Asan İmza” xidmətini bu texnologiyanın təqdim olunduğu digər dövlətlər üçün də  cəlbedici edir. Hazırda “Asan İmza” mobil elektron imza texnologiyasının yaxın və uzaq xaricə ixracı üçün müvafiq iş aparılır. Cari ilin noyabr ayında “B.EST Solutions” şirkəti və ISESCO arasında Azərbaycanın mobil identitet texnologiyası bazasında bu təşkilat üçün dünyada ilk olaraq transmilli elektron imza və sənəd dövriyyəsi platformasının işlənməsivə tətbiqi ilə bağlı müqavilə imzalanıb. Hazırda “Asan İmza” dövri olaraq “Madein Azerbaijan” brendi altında müxtəlif beynəlxalq tədbirlərdə təqdim edilir.

Təqdimat çərçivəsində həmçinin nümayəndə heyətinin üzvləri “Asan İmza” texnologiyasının istifadə olunduğu sahələr barədə də ətraflı şəkildə məlumatlandırılıblar. Qeyd olunub ki, hazırda elektron vergi bəyannamələrinin təqdimi, əmək müqavilələrinin elektron qeydiyyatı, müxtəlif məhsulların və nəqliyyat vasitələrinin gömrükdə bəyan edilməsi, ali təhsil müəssisələrinə tələbələrin onlayn qeydiyyatının aparılması, internet və mobil bankçılıq kimi müxtəlif xidmətlər “Asan İmza” vasitəsilə reallaşdırılır. “Asan İmza” müxtəlif dövlət və özəl qurumlarının telefon-məlumat mərkəzlərinə inteqrasiya olunub.

Təqdimatın sonunda nümayəndə heyətinin üzvləri Azərbaycanın mobil identitet və imza texnologiyasını yüksək qiymətləndirərək elektron xidmətlər və innovativ həllər sahəsində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment