1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“CinemaPlus” çoxdan gözlənilən “Azərbaycan” kinoteatrını qaytarıb
06.12.2016

Baki, FinanceTime. Bir çox kinosevərləri sürpriz gözləyir. Vaxtilə hamının sevimli məkanı olan, lakin bir müddət əvvəl öz fəaliyyətini dayandırmış “Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb. Bütünlüklə yenilənmiş kinoteatr Məmməd Əmin Rəsulzadə küçəsində yerləşir, giriş isə elə köhnə zamanda olduğu kimi Əbdülkərim Əlizadə küçəsindəndir. Bu əfsanəni “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi qaytarıb.

Kinoteatrda dünya stardartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub. 

Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləmək və VIP-bar xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həmdə fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər.  Həmçinin əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb. 

Popkornsuz və soyuq içkilərsiz film izləmək təsəvvüredilməzdir. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

Həmçinin qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxildir: “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa”.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment