1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AZSIĞORTA 10 illiyini qeyd edir
25.11.2016

Baki, FinanceTime. Öz fəaliyyətini 2006-cı ildə başlayan, AZSIĞORTA şirkəti bu gün öz 10 illik yubileyini qeyd edir. Bununla bağlı şirkətin İdarə heyətinin sədri Anar Talıbov öz fikirləri ilə bölüşüb:

“Azərbaycan sığorta bazarı üçün 10 il az zaman deyil. Biz böyük bir yol keçmişik və bu gün ölkənin aparıcı sığorta şirkətlərindən biriyik.

Düşünürəm ki, ən vacib nailiyyətlərimizdən biri – keçən il Fitch tərəfindən bizə təyin edilən “B+” reytinqdir – biz, beynəlxalq reytinqə malik ölkənin yeqanə universal sığorta şirkətiyik. Bu nəinki şirkət tarixində mühim bir hadisədir, bu ümumi ölkənin sığorta bazarı üçün böyük bir uğurdur.

Digər nailiyyətimiz – FIAR-2014 Beynəlxalq sığorta və təkrarsığorta forumunda, qeyri-həyat sığortası sahəsində ölkənin ən gəlirli şirkəti nominasiyasında bizə təqdim edilən mükafatdır.

Regionlarda təmsil olunma baxımından biz liderik – 7 filialımız və demək olar ki, Respublikanın hər bir nöqtəsində nümayəndələrimiz var və bu bizi sözdə yox, əməldə müştərilərə daha yaxın olmaqda kömək edir.Məsələn, keçən ilin sonunda Şəkidə, bu ilin əvvəlində isə İmişli zonasında baş verən zəlzələlər zamanı, biz hər iki halda yerlərdə operativ qərargah salmışdıq. Bunun sahəsində biz qısa zaman ərzində insanların müraciətlərini qəbul edərək, zərərləri qiymətləndirib, sığorta ödənişlərinin ödənilməsini təmin etdik.

Digər tərəfdən, geniş xidmət şəbəkəsi bizi ölkənin ən böyük işçi sayına malik olan sığorta şirkəti edir – bu günə şirkətdə 500-dən çox əməkdaş çalışır, 10 il əvvəl isə şirkətin cəmi 11 əməkdaşı var idi.

Həmçinin biz fəxr edirik ki, əhalidə sığorta mədəniyyətinin formalaşdırılması işində bizim böyük töhvəmiz var. Bunun bariz nümünəsi “Mobil Sığortaçı” layihəsidir. Ölkədə, sığortanı müştərilərin qapısına gətirən ilk dəfə biz olduq və tezliklə məşhur olan “Zəng edin, gələk!” şuarı bütün sığorta bazarına təsir etdi – çatdırma sığorta şirkətlərində adi xidmətə çevrildi.

Sosial təşəbbüs baxımından, Sığorta Məktəbinin fəaliyyətini qeyd etmək lazımdır.Növbəti ildə bu istiqaməti daha da inkişaf etdirmək planlarımız var. Məqsədimiz – gənc nəsilə sığorta sahəsində karyera qurmaqda real imkanlar yaratmaq.

Sonda qeyd etmək istəyirəm ki, bu gün bir çox sahələrlə yanaşı sığorta bazarının da çətin dövr yaşamasına baxmayaraq, Dövlət rəhbərliyi tərəfindən iqtisadiyyatın gücləndirilməsi və sağlamlaşdırılması istiqamətində atılan ardıcıl addımlar, irəlidə bizi hələ çox nailiyyətlər gözlədiyinəinanmağa əsas verir”.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment