Baki, FinanceTime. 16 noyabr 2016-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100352S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 75 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 1investor tərəfindən 2 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 30,338,200.00 AZN təşkil etmişdir.
Sifariş98.8848 AZN (14.5000%)qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8848 AZN (14.5000%), orta ölçülmüş qiyməti –98.8848 AZN (14.5000%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 16.11.2016 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 30,338,200.00 manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi14.12.2016-cı ildir.