1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları”mövzusunda seminar
07.11.2016

Baki, FinanceTime. Bakı Fond Birjası (BFB) və Yüksək Texnologiyalar Parkının (YTP) dəstəyi ilə“AF BusinessHouse”-dabugün “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçirilmişdir.

Tədbirə strat-up şirkətlərin nümayəndələri ilə yanaşı, BFB-nin üzvü olan investisiya şirkətləri və müxtəlif özəl sektor iştirakçılarıqatılmışdır.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Fond Birjasının idarə heyətinin sədri Fariz Əzizov BFB haqqında start-up şirkətlərinin nümayəndələrinə və digər iştirakçılara qısa məlumat verdikdən sonra tədbirin əsas mövzusu olan Kapital Bazarları vasitəsilə maliyyələşmənin əhəmiyyətindən bəhs edərək, belə təlimlərin önəmliliyini qeyd etmişdir.

Daha sonra sözü alan Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev öz növbəsində tədbir iştirakçılarını salamlayaraq, mövzuların şirkətlərə yararlığından bəhs etmiş və belə bir təşəbbüsü həyata keçirdiyinə görə Bakı Fond Birjasının rəhbərliyi və kollektivinə öz təşəkkürünü bildirmişdir.

Təşkil edilən seminarda "Borsa İstanbul"un Marketinq və Satış Departamentinin müdiri AdnanSerhatGörgünvə BFB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Abdulla İsayev öz təqdimatları ilə çıxış etmişdir.

SerhatGörgün öz çıxışında “Start-upşirkətlərinin maliyyələşmə yolları”, “Şirkətindəyərləndirilməsi və bazarda dəyər qazanması”, “Kapital bazarları vasitəsilə maliyyə cəlbi” və “İPO-a hazırlıq” kimi mövzulara toxunmuş və öz bilik və təcrübələrini seminar iştirakçıları ilə paylaşmışdır. Abdulla İsayev də öz növbəsində “BFB- də Listinq” və “Listinq Məsləhət Proqramı (LMP)” barədə məlumat vermiş və bu proqramdan start-up şirkətlərinin necə faydalana biləcəyindən bəhs etmişdir.Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış və qarşılıqlı diskusiya şəklində davam etmişdir.

Daha sonra BFB-nin üzvü olan investisiya şirkətlərinin nümayəndələri start-uplarla bağlı müxtəlif layihələr çərçivəsində çalışmalar etmək istədiklərini və bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildirdilər. Mövzu ilə bağlı çıxış edən Az-Finans Invest şirkətinin nümayəndəsi gələcək aylarda Start-up-ların dəyərləndirilməsi və ən uğurlu start-up-ın seçilərək maliyyələşdirilməsi iləbağlı layihə üzərində çalışdıqlarınıqeyd etmişdir.

Tədbirin yekununda Bakı Fond Birjası və Yüksək Texnologiyalar Parkı arasında tərəfdaşlıq haqqında memorandum imzalanmışdır.

Tədbirlə bağlı bütün təqdimatları və digər məlumatları BFB-nininternet səhifəsindən  (http://bfb.az/seminar/  ) əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment