1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


TuranBank nizamnamə kapitalını 5 milyon manat artırmışdır
28.10.2016

Baki, FinanceTime. TuranBank tərəfindən buraxılmış və hər birinin nominal dəyəri 1082 manat olan 4622 ədəd adi sənədsiz adlı səhmlər AZ1002005549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Yerləşdirmə uğurla başa çatdırılmış, Bankın nizamanmə kapitalı 5 001 004 manat həcmində artırılmışdır. Bununla Bankın nizamnamə kapitalı 55 milyon manata çatdırılmışdır.

Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank Böyük Britaniyanın TaxFree4U şirkəti ilə imzaladığı müqavilə çərçivəsində müştərilərinə Tax Free xidmətini təklif edir. Bu xidmət vasitəsilə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya kimi dövlətlərə səfər etmiş Bank müştəriləri həmin ölkələrdə alış-veriş zamanı ödədikləri ƏDV 19%-dək hissəsini operativ şəkildə geri almaq imkanı qazanırlar.

Xidmət haqqında daha geniş məlumatı Bankın saytında əldə etmək mümkündür:  http://turanbank.az/ferdi-bankchiliq/plastik-kartlar/tax-free/

Bank müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, 3D Secure və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir. 

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından,  https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment