1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku 500+ HƏDİYYƏLİ “Bolkartla Qazan” adlı lotereyaya start verdi!
28.10.2016

Baki, FinanceTime. Bank of Baku, Bolkartın 5 yaşı münasibətilə 500 Bolkartlıya BAL, 99 Bolkartlıya pul mükafatı və bir şanslı Bolkartlıya səyahət paketi və 500 AZN qazandıracaq lotereyaya start verdi. “Bolkartla Qazan” adı altında keçirilən tirajlı stimullaşdırıcı lotereyada bütün növ Bolkart kredit, həm də Bolkart debet kart sahibləri iştirak edə biləcəklər.

Lotereyada iştirak hüququ qazanmaq üçün 19 oktyabr – 27 noyabr 2016-cı il tarixləri arasında edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 AZN olmalı, həmçinin lotereyanın keçiriləcəyi tarixdən 1 gün əvvəl həmin Bolkart aktiv olmalıdır. Ümumi dəyəri 20 AZN olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak hüququ qazandırır.

Qeyd olunan tarixlər arasında, hər 20 AZN həcmində olan bütün əməliyyatların sayı qədər Bolkartlılar uduş şansı qazanmış olacaqlar. Məsələn, bütün dövr ərzində, yəni 19 oktyabr-27 noyabr tarixləri arasında 1000 AZN dəyərində alış-veriş edən Bolkartlının qalib olmaq üçün 50 şansı olacaq. Lotereya biletlərini əvəz edən məlumat daşıyıcısı qismində tirajda iştirak hüququ əldə etmiş hər bir kart üzrə 16 rəqəmli kart nömrəsi əsasında təyin olunan eyniləşdirmə kodu iştirak edəcək.  

Lotereyanın uduş fonduna daxil olan əsas hədiyyə 1 ədəd 2 nəfərlik səyahət paketindən ibarətdir. Səyahət paketinə Avropa şəhərlərinin birinə gediş-dönüş uçuş bileti, transfer xidməti və oteldə 5 günlük istirahət daxildir. Səyahət paketini qazanacaq müştəriyə 500 AZN dəyərində pul mükafatı da təqdim olunacaq. Digər hədiyyələr isə 8300 AZN həcmində nağd pul vəsaitindən və 9500 AZN dəyərində Bolkart Ballarından ibarətdir.

Lotereyanın qalibləri 30 noyabr 2016-ci il tarixində kompüterdə bank tərəfindən yaradılmış xüsusi proqram təminatı vasitəsilə keçiriləcək təsadufi seçim əsasında müəyyən olunacaq.

Lotereya şərtləri və daha ətraflı məlumatla Bank of Baku-nun 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və ya rəsmi Facebook səhifəsinə https://www.facebook.com/bolkart daxil olmaqla tanış ola bilərsiniz.  

 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment