1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-lə Avropada tək qiymət
26.10.2016

Baki, FinanceTime. Azercell Telekom rominqdə olan abunəçiləri üçün indi daha sərfəli danışıq təklif edir. 24 Oktyabr 2016-cı il tarixindən etibarən həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt abunəçiləri daha 12 ölkədə vahid rominq tariflərindən yaralana bilərlər. İndi Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya Respublikası, Sloveniya kimi ölkələrdə “Azercell”lilər daxil olan zəngin 1 dəqiqəsinə 0,32 AZN, bütün istiqamətlərə edilən zəngin 1 dəqiqəsinə görə isə 1,5 AZN ödəyəcəklər. Göndərilən 1 sms-in qiyməti isə 0,2 AZN dəyərində müəyyən olunub. Tətbiq olunan vahid rominq qiyməti abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən şəbəkənin seçilməsi ehtimalı aradan qaldırmış olur. Nəzərinizə çatdıraq ki, Azercell-in təqdim etdiyi vahid  rominq tariflərindən 30 ölkədə yararlanmaq olur.

  

Ölkə

Daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı, AZN

Bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı, AZN

Mobil Internet xidmətinin hər bir MB görə xidmət haqqı, AZN

Göndərilən hər bir SMS-ə görə xidmət haqqı, AZN

Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya Respublikası, Sloveniya

0.32

1.5

3.5

0.2

 











Mobil-internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaq mümkündür. 

Əlavə olaraq bildirək ki, rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercellhəmçinin, fakturalı xətt abunəçilərinə rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bilirlər. SimSim abunəçilərinə rominq xidmətini aktiv etmək üçün mobil telefondan *135*1#YES kodunu yığmaq, Fakturalı xətt abunəçilərinə isə 8808-ə “START” sözünü yazıb göndərmək kifayət edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment