1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell 3 nominasiya üzrə “Stevie” mükafatınıRomada qəbul etdi
25.10.2016

Baki, FinanceTime. "Stevie” Beynəlxalq Biznes Mükafatı üzrə  “İlin telekommunikasiya şirkəti” və "İlin Korporativ Ünsiyyət Departamenti” adlarına layiq görülən  "Azercell Telekom” Azərbaycanı beynəlxalq aləmə bir daha tanıtdırıb.Eyni zamanda, "Azercell”in "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq fəaliyyət göstərən "Sumaks” şirkəti isə "İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görülüb.Mükafatın təntənəli təqdimolunma mərasimi İtaliyanın paytaxtı Roma şəhərində keçirilib.

Qala gecəsində Azercell Telekom MMC-nin Korporativ Ünsiyyət  rəhbəri Nigar Şıxlinskaya və Azercell Innovasiyalar və Sahibkarlıq şöbəsinin rəhbəri İmran Bağırov iştirak edib.Mükafatı qəbul edən Nigar Şıxlinskaya şirkətin əldə etdiyi yüksək nailiyyətlərdə bütün Azercell əməkdaşlarının böyük rolu olduğunu vurğulayaraq bildirib ki, şirkət yeni texnologiyalar vəinovasiyalar tətbiq etməklə insan həyatını asanlaşdırmağa çalışır.O, həmçinin münsiflər heyətinə Azercell-i və Barama mərkəzini 3 nominasiyada seçdiklərinə görə təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, Stevie mükafatı üzrə beynəlxalq münsiflər heyəti "Azercell”in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri nəzərə alaraq şirkəti mükafatlandırıb. Şuranın rəylərinə əsasən: "Ölkənin qərb sərhədlərində hərbi vəziyyətlə əlaqədar "Azercell”in öz abunəçilərini fasiləsiz əlaqə ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsini 30% gücləndirməsi "Azercell” şirkətinin nümunəvi mobil operator olduğunu sübut edir”.

"Azercell”in "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sumaks Startapı” isə Innovativ Avtomaks ve məişət proseslərinin idarə edilməsi üzrə layihələrə görə gümüş mükafatına layiq görülüb. Qeyd edək ki, Azərbaycanda bir ilk olan "Avtomaks” qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata keçirmək, iş prosesini asanlaşdırmaqdan ibarətdir.

Xatırladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan "Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Qeyd edək ki, "Azercell Telekom” 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti", 2012-də ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator" layihəsinə görə "İlin Kreativ Komandası" nominasiyasında, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə) nominasiyalarında Stevie mükafatına layiq görülüb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment