1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola” şüşə və bankaları oxudu
25.10.2016

Baki, FinanceTime.  “Share a Coke” beynəlxalq kampaniyası ABŞ-da yeni musiqili hərəkata start verib. Kampaniya çərçivəsində məhdud sayda buraxılan şüşə və bankalar üzərində sevilən mahnılardan sitatlar yerləşdirilib.Bu kampaniyanı ərsəyə gətirən “Coca-Cola Music”ın əməkdaşlarışüşələrə yazılmış məşhur cümlələri necə seçdikləri barədədanışıb.

Hər şey ötən ilin iyun ayında “Coca-Cola” şirkəti tərəfindən “Cornerstone” musiqi agentliyinə “Coca-Cola ilə paylaş” konsepsiyası əsasında musiqi kampaniyasının hazırlanması tapşırığı verildikdən sonra başladı.

“Bizim üçün ən vacib məqam məşhurluq qazanmış, əfsanəvi musiqilərdən düzgün mətnlərin seçilməsi idi. Bu yolla biz istehlakçılarımıza bir şüşə “Coca-Cola” müşayiətində öz ailələri və dostları ilə özəl anlarını paylaşmaq şansı vermək istədik”, - deyə “Coca-Cola” şirkətinin Şimali Amerikada musiqimarketinqi üzrə baş meneceri Stella Ringer izah edir.

“Cornerstone” agentliyi artıq avqust ayında 200 kompozisiyadan ibarət təkliflər paketini təqdim edir. Komanda bu mahnıların nə dərəcədə məşhur olduğunu və nikbin əhval-ruhiyə bəxş etdiklərini müzakirə etməyə başlayır. Mətnlərin təsdiqindən sonra isə ən çətin mərhələbaşlayır –kompozisiyalarınmüəllif hüquqlarına malik olan insanlardan icazənin alınması.Bəzən, razılaşdırılma prosesində birbaşa olaraq beş tərəf iştirak edirdi! “Sony” və “Universal” leybllarının kataloqlarından götürülən mahnılar iş prosesni tezləşdirdi.

“Musiqi – ümumdünya dilidir. Mahnılar bizim hisslərimizi ifadə edə və bizim düzgün sözləri seçməkdə çətinlik çəkdiyimiz zaman köməyimizə gələ bilir”, -deyə “Coca-Cola”nın Şimali Amerikada musiqi marketinqi şöbəsinin rəhbəri Co Bellioti əlavə edib.

Nəticədə, “Coke Music”bölümü “Coca-Cola” brendinin “andan zövq al” ideyasını, nikbinlik, canlılıq və universal birlik kimi dəyərlərini özündə əks etdirən cümlələri seçib. Bu cümlələr sevgi (“The Way You Love Me”, “You Belong With Me”), qələbə (“All I Do is Win” и “We Are The Champions”), dostluq (“Lean On Me”), cəsarət (“We Never Go Out Of Style), motivasiya (“I’m Your Biggest Fan”) və vətənpərvərliyi (“I’m Proud To Be An American”, “Sweet Land Of Liberty”) təcəssüm edir.

ABŞ “oxuyan” yarlıqlı “Coca-Cola”şüşə və bankaları ilə ilk dəfə 2016-cı ilin aprel ayında tanış oldu. Təbii ki, təşviqat və marketinq dəstəyi, sosial şəbəkə və veb-saytlarda paylaşımlar olmadan kampaniyanın həyata keçirilməsi çətin olardı. Belə ki, yeni “Coca-Cola”şüşə və bankalarının buraxılışı şərəfinə ölkədə yay konsertləri dalğasına start verildi. İstehlakçılar böyük məmnuniyyətlə “Shazam” mobil tətbiqindən istifadə edərək şüşə və bankalarda əks olunmuş mahnıların mətnlərini skan edir, öz sevimli mahnılarının fonoqramı müşayiətində videolarını çəkib sosial şəbəkələrdə #ShareaCoke heşteqi ilə paylaşırdı.

“Coca-Cola”nın bu ideyasını böyük şövqlə musiqiçilər də qarşılayıblar. Təbii ki, onlara öz yaradıcılıqlarının bəhrəsini bütün mağaza rəflərində görmək xoş oldu. Hətta Ceyson Derulo və Selena Qomez kimi tanınmış müğənnilər sosial şəbəkələrdə “öz şüşələri”nin fotoları ilə paylaşıblar. Öz mahnılarını “Coca-Cola” şüşələri üzərində görmək onlar üçün radioda öz hitlərini ilk dəfə eşitməyə bərabəridi.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment