1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Kapital Bazarları Həftəsi - MASTERCLASS” təlimlərinə start vermişdir
24.10.2016

Baki, FinanceTime. 24 oktyabr 2016-cı il tarixində Bakı Fond Birjası Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) özünün “Bilik mübadiləsi proqramı” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzinin dəstəyi ilə “Kapital Bazarları Həftəsi” adı altında master-klass təlimlərinə start vermişdir.

UNEC-in adından tədbiri açıq elan edən UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri iqtisad elmləri doktoru Əvəz Ələkbərov təlim iştirakçılarını salamlayaraq, Kapital Bazarları mövzusunda belə təlimlərin keçirilməsini yüksək qiymətləndirmiş və təşkilatçılara öz təşəkkürünü bildirmişdir. Daha sonra Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin müavini Vüqar Namazov “Kapital Bazarları Həftəsi”nin təlim mövzuları, təlim planı və təlimçilər haqqında məlumat vermiş, praktiki biliklərin universitetlərdə tədrisinin önəmliliyindən danışmışdır.

Təlimlərin məqsədi tələbələrə Kapital bazarlarına dair BFB-nin topladığı zəngin praktiki biliklərin tədris olunmasıdır. 5 gün davam edəcək master-klass təlimlərində, BFB-nin mütəxəssisləri Kapital Bazarlarına aid müxtəlif mövzularda: “Azərbaycan Kapital Bazarı”, “Kapital Bazarları alətləri və ticarətin təşkili” “Kapital Bazarlarının imkanları”, “Fond Birjasında Listinq”, “Qiymətli kağızları kütləvi ticarət olunan Şirkət Olmağın Üstünlükləri”, “IPO”, “İnvestisiya Qərarlarında Mühasibat Uçotunun Rolu”, “Kapital Bazarlarında ticarət (simulyasiya oyunu)” mövzularında öz bilik və təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər. Təlimlər 28 oktyabr 2016-cı il tarixinədək davam edəcək.

Təlimin ilk günüdə Vüqar Namazov “Azərbaycan Kapital Bazarı” və BFB-nin Ticarət və Üzvlük Qrupunun rəhbəri Rəxşəndə Əlili  “Kapital Bazarları alətləri və ticarətin təşkili” mövzularında master-klass mühazirəsi ilə çıxış etmişlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment