1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” müştəri yönümlü yeni tərtibatlı saytını istifadəyə verib
19.10.2016

Baki, FinanceTime. Azərbaycan sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” rəsmi veb saytını (www.pasha-life.az ) tam yeni dizaynda təqdim edib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, yeni tərtibatda hazırlanmış saytmüştəri yönümlü olmaqla əvvəlki versiyadan bir çox üstünlükləri ilə fərqlənir.  

Belə ki, görülmüş işlər nəticəsində saytın yeni versiyasına bir sıra əlavələr edilib. Saytda hüquqi və fiziki şəxslər üçün şirkətin fərdi və korporativ sığorta məhsulları haqqında məlumatlar, həmçinin müştərilərin dəyərli vaxtını düşünərək onlar üçün elektron xidmət bölməsi,sığorta haqqı məbləğininonlayn rejimdə ödənilməsi imkanı, fərdi və korporativ sığorta məhsulları haqqında dərhal məlumat əldə etmək məqsədi ilə xüsusi whatsapp mesaj proqramı da tətbiq edilib.

Bütün bunlarla yanaşı,saytda fərdi və korporativ müştərilər üçün “şəxsi kabinet” bölməsi də yaradılıb. Həmin bölmədə müştərilər öz sığorta müqavilələrinin müddətinə, müqavilə üzrə ödəyəcəyi sığorta haqqı məbləğinin həcminə, eləcə də müqavilə müddətinin sonunda nəzərdə tutulmuş alacağı vəsaitə nəzarət etmək imkanı da əldə edəcək.    

Qeyd edək ki, “PAŞA Həyat”ın yeni saytı ilə yanaşı, yeni bloqu (blog.pasha.life) da istifadəyə verilib.  Bloqda həyat sığorta ilə bağlı maraqlı, maarifləndirici yazılar, bu sfera ilə bağlı video çarxlar, həyat sığortasının vacibliyini təblig edən məqalələr və digər zəriuri məlumatlar yerləşdirilib.      

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment