1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” sığorta hadisələrinə görə ödənişlərin həcmini 3,4 dəfə artırıb
13.10.2016

Baki, FinanceTime. Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-sentyabr ayları üzrə ilkin hesabatını açıqlayıb.

Şirkətin strateji direktoru İsrail Qarayevin verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında “PAŞA Həyat” tərəfindən 61,803 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,3% çox olub.

İ.Qarayev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 25,597 mln. manat sığorta ödənişi verilib və nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 3,4 dəfə artıb:

Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbycanın ən iri sığorta şirkətidir. Сari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edir.

Xatırladaq ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir.Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment