1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AXA dünyanın 1 №-li Sığorta Brendidir
07.10.2016

Baki, FinanceTime. Ardıcıl olaraq 8-ci ildir ki, AXA sığorta brendi kimi +14% brend dəyərinin artımını nümayiş etdirərək dünya üzrə birinci yerə layiq görülür. 

Interbrand Beynəlxalq reytinq agentliyi  ardıcıl olaraq 8-ci ildir ki, sığorta sahəsində AXA brendinin gücünü və lider mövqeyini təsdiq edir. Ümumilikdə, AXA Ən Yaxşı Qlobal Brendlər reytinqində 46-cı yerə və maliyyə sektoru üzrə reytinqində 3-cü yerə sahib olmuşdur. Brendin dəyəri 14% artaraq 10 milyard 579 milyon ABŞ dollarına çatmışdır.

Interbrand tərəfindən AXA-nın 2016-cı ildə bir neçə əsas nailiyyətləri xüsusi olaraq vurğulanmışdır. Onların sırasında yeni ərazilərdə inkişafı, texniki laboratoriyalara və startaplara edilən investisiyaları (Silikon vadisində AXA laboratoriyası), aparıcı texniki şirkətlərlə (Facebook və LinkedIn) və universitetlərlə tərəfdaşlığı, eləcə də korporativ və sosial məsuliyyət üzrə müxtəlif təşəbbüsləri qeyd etmək olar.

AXA Qrup (Fransa) – sığorta və aktivlərin idarə edilməsi üzrə dünya lideridir. 160 000  artıq əməkdaş hər gün dünyanın 59 ölkəsində 103 milyon müştəriyə xidmət göstərir. 2015 ildə AXA Qrupunun gəliri 92 milyard Avro təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, AXA beynəlxalq maliyyə qrupu Azərbaycanda AXA MBASK sığorta şirkəti ilə təmsil olunur.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi doqquz beynəlxalq  və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment