1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank SIBOS 2016 beynəlxalq forumda çıxış edib
29.09.2016

Baki, FinanceTime.  Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank – bu həftə Cenevrədə keçirilən SIBOS 2016 Beynəlxalq Maliyyə Sənayesi Sərgi-forumunda iştirak edib. Həmişə olduğu kimi, tədbirin işində aparıcı beynəlxalq bankların, maliyyə strukturlarının və korporasiyaların nümayəndələri, habelə müstəqil konsultantlar, maliyyə sektoru  üzrə proqram təminatlarının layihəçiləri və təchizatçıları iştirak edib.

Bu il SİBOS-un iclaslarında beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti, “rəqəmsalbankçılıq” modelinə keçid aspektləri, sektorda son texnoloji meyllər, komplayens və risk-menecmentdə yeniliklərin tətbiqi, habelə bank sənayesinin bir çox digər aktual inkişaf məsələləri əsas müzakirə mövzuları sırasındadır.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, tədbirin miqyasını nəzərə alaraq, SİBOS beynəlxalq forumu bütün dünya maliyyə sektorunun gələcək inkişaf meyllərini müəyyən edən məsələlərin həll olunduğu biznes-meydançaya çevrilib.

T. Kazımov yekunlaşdıraraq, qeyd etmişdir ki: “Bu mühüm bank tədbirində sayca 7-ci iştirakımızı təkcə imkanlarımızın və ötən il ərzində əldə etdiyimiz nailiyyətlərin təqdim edilməsi prizmasından deyil, həm də bazarın liderləri ilə yeni işgüzar əlaqələrin qurulması və texnoloji yenilikləri ilə tanışlıq prizmasından qiymətləndiririk. Bu səbəbdən SIBOS sərgi-forumu çərçivəsində dünyanın aparıcı maliyyə institutları ilə işgüzar görüşlərimiz keçirilib. Görüşlərin əsas mövzuları ikitərəfli münasibətlərin inkişafı, təcrübə mübadiləsi və ən başlıcası – PAŞA Bankın fəaliyyət göstərdiyi ölkələr olan Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamları üçün dünya arenasında fəaliyyət imkanlarının genişləndirilməsiidi”.

Qeyd edək ki, SIBOS Ümumdünya Banklar-arası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (Society For Worldwide Interbank Financial Telecommunication, SWIFT) təşkilatçılığı ilə həyata keçirilmişdir. Növbəti forum Kanadanın Toronto şəhərində baş tutacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment