1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Arıçıların vahid ittifaqda birləşməsinə ehtiyac var
28.09.2016

Baki, FinanceTime. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu “Azərbaycanda  arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı dəyirmi masa  keçirib. Tədbirdə 20-dən çox arı təsərrüfatı ilə məşğul olan ASK-nın üzvləri iştirak ediblər.

ASK-nın vitse prezidenti Vüqar Zeynalov  ölkədə özəl sektora yaradılan dövlət dəstəyindən söhbət açaraq, kənd təsərrüfatı məhsulların istehsalının inkişafının  daha da artdığını tədbir iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Azərbaycanda  arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı təqdimatla çıxış edib. Samir Əliyev bildirib ki, rəsmi rəqəmlərlə olmasa da apardıqları araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda 10 000 (on min) arı təsərrüfatı, 250 000 (iki yüz əlli min)  arı ailəsi var.

Dünya təcrübəsindən sohbət açan ekspertlər qeyd ediblər ki, ən ucuz bal Avstriyada, ən baha bal isə Fransadadır. Dünyada ən çox bal istehsal  edən ölkə Çin, Argentina, Meksika, Hindistan, Vyetnam, ən çox bal ixrac edən ölkə isə ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya, Belçikadır.

Arıçılıqda mövcud vəziyyət müzakirə olunmaqla yanaşı, bir-çox problemlərdən də söhbət açılıb. Qeyd olunub ki, bu sahədə inkişaf üçün arıçılar assosiasiyasının təsis edilməsinə böyük ehtiyac var. Hal-hazırda pərakəndə fəaliyyət göstərdiklərini təsdiqləyən arıçılar, arıların vahid dövlət qeydiyatına alınmasınan vacibliyini dilə gətirdilər. Daha sonra beynəlxalq təcrübənin öyrənilməsinə tələbat olduğunu da istisna etmədilər. Arıçılığın inkişaf istiqamətini ixisaslı kadrların müəyyənləşdirəcəyinə əmin olduğunu deyən  arıçılar gələcəkdə bu sahə ilə bağlı peşəkar kadrların hazırlanmasını da  məqsədəuyğun hesab etdilər.

Tədbirdə bir sıra maraqlı təkliflər də səsləndirildi. Arı məhsullarının faydalı qida olduğunu deyən ekspertlər  gələcəkdə məktəblilərin və hərbiçilərin qida rasionuna arı məhsullarının əlavə edilməsini faydalı hesab etdilər. Gələcəkdə “Arıçılığın inkişafı ilə bağlı” dövlət proqramının qəbul olunması  da arzu olunan məsələlər sırasında xüsusilə qeyd olundu.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment