1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Bank of Baku” və MilliÖn-dən YENİLİK: vəsaitiniz 5 saniyədə kartınızda!
22.09.2016

Baki, FinanceTime. Bank of Baku MilliOn ödəmə sistemi ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirərək müştərilərinə yeni xidmət imkanları qazandırır. Belə ki, Bank of Baku-nun plastik kart sahibləri öz balanslarını indi MilliÖn ödəmə terminalları vasitəsilə də cəmi 5 saniyə ərzində artıra biləcəklər. 

Bunun üçün müştərilər MilliÖn terminallarında bank xidmətləri menyusundan Bank of Baku-nu, daha sonra karta köçürülməsi (kart hesabına yatırım) bölməsini seçərək, tələb olunan məlumatları daxil etmələri kifayətdir. Hesaba nağd üsulla mədaxil ediləcək məbləğ, cəmi 5 saniyə ərzində kartın balansına oturacaq.

Bütün ölkə ərazisində 5000-ə yaxın ödəniş nöqtəsinə malik olan MilliÖn terminalları vasitəsilə təqdim olunan bu xidmətdən həftənin 7 günü, günün 24 saatı heç bir komissiya haqqı tutulmadan istənilən vaxt faydalanmaq olar. Bu da öz növbəsində müştərilərin filialdaxili etdiyi əməliyyat zamanı növbədə gözləyərək, yaşana biləcək əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir.   

Bank of Baku-nun müştəriləri MilliÖn terminalları vasitəsilə plastik kart balanslarını artırmaqla yanaşı, həmçinin yeni kredit sifarişi və cari kreditlərinin ödənişini də həyata keçirə bilərlər.

Qeyd edək ki, müştərilərə bu xidmətdən istifadə imkanı ilk dəfə olaraq Bank of Baku-nun 24/7 rejimində fəaliyyət göstərən ödəniş terminalları vasitəsilə ötən il təqdim olunmuşdur.

Ödəniş terminallarından istifadə ilə bağlı əlavə məlumat üçün Bank of Baku-nun 145 Məlumat Mərkəzi və “MilliÖn” ödəmə sisteminin *0010 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment