Baki, FinanceTime. 19 sentyabr 2016-cı il tarixindən etibarən “AzFinance İnvestisiya Şirkəti” QSC aşağıdakı şirkətlərin səhmlərinin Bakı Fond Birjasında market-meykerliyinə başlayır.
BFB-nin İdarə Heyətinin qərarına əsasən sözü gedən səhm buraxılışlarının hər biri üzrə alış və satış kotirovkalarının minimal həcmi 5 000 (beş min) manat, alış - satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi) 5% müəyyən edilmişdir:
No
|
Emitentin adı
|
Qiymətli kağızların ISIN nömrəsi
|
Market meyker kotirovkasının minimal həcmi
|
Alış - satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi)
|
1
|
Cənubtikintiservis ASC
|
AZ1001004691
|
5 000 manat
|
5%
|
2
|
Bakı ixtisaslaşdırılmış mexanizasiya-7 ASC
|
AZ1001000848
|
5 000 manat
|
5%
|
3
|
Bakı Tikinti materialları ASC
|
AZ1001000863
|
5 000 manat
|
5%
|
4
|
Bakıinşaatsənaye ASC
|
AZ1001001564
|
5 000 manat
|
5%
|
5
|
AZENCO ASC
|
AZ1001008452
|
5 000 manat
|
5%
|
6
|
Sumqayıt Çörək ASC
|
AZ1001017230
|
5 000 manat
|
5%
|
7
|
Savalan ASC
|
AZ1001012488
|
5 000 manat
|
5%
|
8
|
Avro-Asiya inşaat Korporasiyası EVRASCON ASC
|
AZ1001000871
|
5 000 manat
|
5%
|
9
|
Dərnəgül sənaye tikinti ASC
|
AZ1001000376
|
5 000 manat
|
5%
|
BFB-nin ticarət qaydalarına əsasən, market meyker gündəlik olaraq BFB-də üzərinə gütürdüyü öhdəliklər həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. Hal-hazırda BFB-də market meyker tərəinfdən likvidliyi təmin edilən səhmlərin sayı 10-dur.
Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur http://www.bfb.az/about-markets/market-meyker-kotirovkalari.