1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Şahdağ” Turizm Mərkəzində “Səyyar kitabxana” günü
24.08.2016

Baki, Finance Time. 25 avqust 2016-cı il tarixində “Şahdağ” Turizm Mərkəzində Qusar rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Səyyar kitabxana” günü keçiriləcəkdir. Gün ərzində “Xarici ədəbiyyat”, “Uşaq dünyası”, “Qusarlı yazarlar”, “Yeni nəşrlər”, “Azərbaycanda multikulturalizm”, “Azərbaycan-turizm diyarıdır”, “Azərbaycanın Folklor Paytaxtı-Qusar 2016”  və s. mövzularda kitab sərgiləri təşkil ediləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində istirahət edən turistlərin intellektual istirahəti, asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə təşkil olunacaq sərgidə 2000 nüsxədə kitab, jurnal, buklet, mütaliə və kitabı sevdirmə ilə bağlı  müxtəlif təbliğat vasitələri nümayiş olunacaq. Mərkəzdə xarici turistlərin çox olmasını nəzərə alaraq kitablar üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim olunacaq. Qusar rayon Mədəniyyət və Turizm şöbəsi və Qusar rayon mərkəzi kitabxanasının əməkdaşları gün ərzində turistlərə kitab seçimində  kömək edəcəklər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə həyata keçirdiyi “Mən oxudum, sən də oxu!” şüarı ilə həyata keçirilən və əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaq olan “Açıq kitabxana” layihəsi çərçivəsində keçirilən bu cür “Səyyar kitabxana” günləri bölgələrdə geniş marağa səbəb olmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment