Baki, Finance Time. 23 avqust 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104010514 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən 10 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 16,123,200.00 AZN təşkil etmişdir.
Sifarişlər 82.1285 AZN (21.8803%) və 91.3500 AZN (9.5212%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 91.3500 AZN (9.5212%) orta ölçülmüş qiyməti 91.3500 AZN (9.5212%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 24.08.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 473 400 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 22.08.2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.