1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank öz xidmət şəbəkəsini genişləndirməyə davam edir
19.08.2016

Baki, Finance Time.  “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunmuşdur. Belə ki, sabah avqust ayının 20-də Bankın Qəbələ şöbəsinin açılışı baş tutacaqdır.

Adıçəkilən şöbə, Prezident İlham Əliyevin iştirakı ilə Qəbələ şəhərində açılışı gerçəkləşdirilən ASAN xidmət mərkəzinin daxilində yerləşir.

Burada müştərilərin fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nəğd vəsaitin çıxarılması, hökümət ödəniş portalı üzrə əməliyatların aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür.

Azər Türk Bankın inkişaf strategiyasına uyğun olaraq yaradılmış yeni şöbə həftəiçi hər gün saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək müştərilərin xidmətində olacaq.

Şəhər iqtisadiyyatının da inkişafına öz təsirini göstərəcək şöbə, Azər Türk Bankın digər şöbə və filiallarında olduğu kimi müştəri məmnuniyyətini əsas tutaraq fəaliyyət göstərir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment