Baki, Finance Time. Bank VTB (Azərbaycan) VTB Online internet bankinq xidmətini uğurla istifadəyə verdi. Artıq yeni xidmət sayəsində müştərilər onlayn rejimdə öz maliyyə vəsaitlərini rahat və operativ idarə edə biləcək. Müasir innovativ texnologiyalardan istifadə sayəsində VTB Onlinexidməti unikal funksiyalara və üstünlüklərə malikdir.
Sadə və intuitiv anlaşılan naviqasiyaya malik VTB Online servisi bütün bank əməliyyatlarını dünyanın istənilən nöqtəsindən 24/7 rejimində ən qısa müddətdə həyata keçirməyə imkan verir. İnternetə çıxış kifayətdir ki, müştərilərbanka gəlmədənVTB (Azərbaycan)-ın məhsul və xidmətlərindən yararlanıb, çoxsaylı bank əməliyyatlarını reallaşdırsınlar. Belə ki, VTB Onlinemüştərilərə depozit hesabı açmağa, kreditlərini, kommunal və mobil rabitə xidmətlərini ödəməyə, həmçinin hesab qalıqlarınıöyrənməyə, ödəmələrinə nəzarət etməyə, çıxarışlar etməyə və hesablar üzrə tranzaksiyaların tarixçəsini saxlamağa imkan verir. VTB Online yüksək dərəcədə təhlükəsizliyi və etibarlılığı ilə fərqlənir.
“Bankımızın əsas məqsədi əminliyi, rahatlığı və zamanı dəyərləndirən müştəriləri üçün effektiv və etibarlı maliyyə yardımçısı olmaqdır. Biz, bankın fərdi və korporativ müştəriləri üçün maksimal dərəcədə sadə, lakin effektiv, bütün bank alətlərini özündə birləşdirən bir xidmət işləyib hazırlamışıq, - deyə, VTB (Azərbaycan)-ın idarə heyətinin sədri YuriYakovlev bildirib. – Biz əminik ki, müştərilərimiz çox qısa zamanda elektron bankçılığınüstünlüklərinidəyərləndirib onun fəal istifadəçilərinə çevriləcəklər”.
VTB Online xidmətinə qoşulmaq üçün müştərilər bankın ofislərinə müraciət etməlidir.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.